Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Londonda Kraliça II Yelizaveta son səfərinə hazırlanır
Londonda Kraliça II Yelizaveta son səfərinə hazırlanır

Sentyabrın 8-də 96 yaşında vəfat edən Böyük Britaniya Kraliçası II Yelizaveta ilə bazar ertəsi Londonda xalqla vida mərasimi başa çatıb.

Bizimyol.info xəbər verir ki, saat 06:30-da Vestminster sarayına - Britaniya parlamentinin yerləşdiyi Temza sahilindəki binaya giriş bağlanıb.

İngilislərin dörd gün yarım ərzində - sentyabrın 14-dən etibarən hər kəsə monarxla şəxsən vidalaşmaq imkanı yaradıldı. Nə qədər adamın kraliçaya son ehtiramını bildirə bildiyi hələ açıqlanmayıb, lakin səlahiyyətlilərə görə, onların sayı yarım milyona çata bilər.

Əlahəzrətlə şəxsən tabutun qarşısında baş əyərək vidalaşmaq istəyənlərin gözləmə müddəti 8 saatdan 24 saata qədər, növbənin özü isə icazə verilən maksimum uzunluğa qədər uzanaraq 8 km-i ötüb. Buna görə də insanların növbəyə çıxışı bəzən məhdudlaşdırılıb. Lakin insanlar yenə də növbənin əvvəlinə - Temza çayının cənub sahilindəki Sutherk Parka gəlib səbirlə gözləməyə davam edirdilər. Eyni zamanda, onlar nə gündüz gözləməkdən, nə də gecələr 10-11 dərəcəyə enən havanın temperaturundan çəkinməyiblər.

Görünənlər arasında keçmiş futbolçu Devid Bekhem, musiqiçi Ceyms Blant və keçmiş daxili işlər naziri Priti Patel də olub. Yüksək səviyyəli qonaqlar, məsələn, bu günlərdə Londona gələn onlarla dövlət başçısı üçün növbəsiz ayrıca giriş təşkil edilib. Bu arada, növbəyə çıxan insanlara yemək yeməyə və ya zəruri hallar ücün kənarlaşdıqdan sonra yenidən öz növbə yerində dura bilmələri üçün verilən kağız qolbağlar indi internetdə yüzlərlə funt-sterlinqə satılır.

Kraliça ilə tabut saat 10:35-ə qədər Vestminster sarayında qalacaq, bundan sonra Qrenadier Mühafizəçilərinin 1-ci Batalyonunun əsgərləri onu dəfn arabasına təhvil verəcək və o, son səfərinə getmək üçün yoluna davam edəcək. Bazar ertəsi daha sonra Vestminster Abbatlığında anım mərasimi keçiriləcək, bundan sonra monarxın cənazəsi London yaxınlığındakı Vindzor qəsrinə çatdırılacaq və yerli vaxtla saat 19:30-da dəfn olunacaq.

II Yelizaveta sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib, sonra cəsədi Edinburqa oradan Londona aparılıb. O, Britaniya tarixində ən uzun müddət - 70 il yeddi ay hakimiyyətdə olub.

Yeni monarx onun böyük oğlu, III Çarlz adını götürən 73 yaşlı Çarlz olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »