Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Rusiya arasında bağlanmış sazişin detalları açıqlanıb
Türkiyə və Rusiya arasında bağlanmış sazişin detalları açıqlanıb

"Moskva və Ankara arasında Rusiya qazının 25 faizinin rublla ödənilməsinə dair razılaşma yaxın vaxtlarda qüvvəyə minəcək".

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib. “Türkiyə Rusiyadan aldığı təbii qazın 25 faizini rublla ödəyəcək. Müvafiq saziş yaxın vaxtlarda qüvvəyə minəcək. Türkiyənin Rusiyadan qazı rublla alması ölkə iqtisadiyyatında maya dəyərinin və dollardan asılılığın azalmasına təsir edəcək”,- deyə nazir qərarla bağlı açıqlama verərkən qeyd edib.

Türkiyə həmçinin Akkuyu AES-in tikintisi üzrə işləri sürətləndirməyi və 2023-cü ildə ilk enerji blokunu işə salmağı planlaşdırır.

“Akkuyu atom elektrik stansiyası ilə bağlı razılıq əldə olunub. Bizim nazirlik, eləcə də Prezidentimiz layihədə iştirak edən tərəfləri konsensusa gətirmək və yaranan çətinlikləri aradan qaldırmaq üçün çox səy göstərib. Bir müddət sonra işlər sürətləndirilmiş templə davam edəcək. Layihə qrafiki bizim üçün məcburidir, çünki birinci bloku 2023-cü ildə istifadəyə verməliyik”,- deyə nazir bildirib.

Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisinə qoşun yeritmək barədə qərar verib. Bundan sonra dünyanın əksər dövlətləri Rusiyaya qarşı irimiqyaslı sanksiyalar tətbiq ediblər. Avropa dövlətləri Rusiyadan aldıqları neftdən və təbii qazdan qismən imtina ediblər. Bundan sonra Putin ölkəsinin satdığı enejidaşıyıcılarına görə ödənişin rulla edilməsi barədə göstəriş verib. Bunun ardından isə Avropanın bəzi dövlətləri Rusiyadan neft-qaz almaqdan tamamilə imtina etməyi təklif edib. Bu da bazarda enejidaşıyıcılarının bahalaşmasına səbəb olub.

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »