Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp almanlara ölkəsiz qalma riski ilə bağlı xəbərdarlıq edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ohayoda tərəfdarlarının mitinqində Qərbin Rusiyaya qarşı sanksiyalarının Almaniya xalqı üçün nəticələrindən danışıb.

APA xəbər verir ki, o, almanlara xəbərdarlıq edib ki, Rusiya qazının tədarükünün azalması səbəbindən onlar nəticədə ölkəni itirmək riski ilə üzləşirlər.

ABŞ-ın keçmiş lideri bunun baş verə biləcəyini Almaniyaya çoxdan söylədiyini vurğulayıb.

O, həmçinin iddia etdi ki, o vaxt Almaniya Federativ Respublikasının kansleri olan Angela Merkelə ağ bayraq göndərib ki, o, Rusiyaya “təslim olmaq” üçün istifadə etsin:

“Mən ona bayraq göndərdim. Ancaq o, “Donald, Donald, niyə o bayrağı mənə göndərdin?" dedi. Söylədim ki, enerjinizin 72 faizini Rusiyadan alırsınızsa, onda sizin üçün ağ bayraq qaldırmaq ehtimalı var, çünki çox tez təslim olacaqsınız. Kim düşünürdü ki, bu qədər tez baş verəcək”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »