Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailin baş naziri Nyu-Yorkda Ərdoğanla görüşəcək
İsrailin baş naziri Nyu-Yorkda Ərdoğanla görüşəcək

Baş nazir Yair Lapid BMT Baş Assambleyasının qarşıdan gələn iclası çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bizimyol.info İsrail mətbuatına istinadən xəbər verir ki,bu barədə baş nazirin ofisi məlumat verib.

Qeyd olunur ki, Lapid bazar ertəsi Nyu-Yorka uçacaq və cümə axşamı assambleyada çıxış edəcək.

Bu səfər zamanı Lapidin Ərdoğan, eləcə də İngiltərə baş naziri Liz Truss, Yunanıstan baş naziri və BMT baş katibi ilə ayrı-ayrılıqda görüşəcəyi gözlənilir.

"Walla" xəbər saytının məlumatına görə, qarşıdakı görüş Ərdoğanın 2008-ci ildə Ankarada Ehud Olmert ilə görüşündən sonra İsrail baş naziri ilə ilk görüşü olacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »