ABŞ Geoloji Xidməti Tayvanın sahil şəhəri Taitungdan 50 kilometr şimalda 6,6 bal gücündə zəlzələnin baş verdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, məlumata görə, Tayvanın sahil şəhəri Taitungdan təxminən 50 kilometr şimalda 10 kilometr dərinlikdə 6,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin paytaxt Taybeydə də hiss olunduğu, can və mal itkisinin olmadığı bildirilib. Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
2016-cı ildə Tayvanın cənubunda baş verən zəlzələdə 100-dən çox insan, 1999-cu ildə isə 7,3 bal gücündə zəlzələdə 2000-dən çox insan həlak olub.