Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KTMT-nin nümayəndə heyəti Ermənistana gedib
KTMT-nin nümayəndə heyəti Ermənistana gedib

KTMT “qılıncını hələ də qınından çıxarmayıb” və Ermənistanla Azərbaycan, eləcə də Qırğızıstan və Tacikistan sərhədlərində gərginliyin kəskinləşməsini sülh yolu ilə həll etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə KTMT-nin Ermənistandakı missiyasının ilk qrupunun rəhbəri, general-polkovnik Anatoli Sidorov məlumat verib.

Onun sözlərinə görə, həm Ermənistan-Azərbaycan sərhədində, həm də Tacikistan-Qırğızıstan sərhədində KTMT üçün xoşagəlməz vəziyyət yaranıb. “Eyni zamanda bizim nizamnaməmizdə, sənədlərimizdə və Kollektiv Təhlükəsizlik Müqavilənin özündə yazılıb ki, prioritet siyasi və diplomatik üsullara verilir. Problemləri mümkün qədər sülh yolu ilə həll etməyə çalışmalıyıq. Hesab edirəm ki, bu istiqamətdə işin həm burada, həm də Mərkəzi Asiya regionunda böyük perspektivləri var”, - deyə o vurğulayıb.

“Bu günün missiyanın əsas vəzifəsi toqquşmaların baş verdiyi ərazilərə, yerlərə baş çəkmək idi. Biz mümkün qədər obyektiv olmağa çalışırıq, ona görə də faktlar üzərində işləyəcəyik, hər hansı bir nəticədən danışmaq hələ tezdir və ümumilikdə bu, işin yekunlarına dair ümumi hesabat tərtib ediləcək”, - deyə o bildirib.

Çərşənbə axşamı KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında təşkilatın baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiyanın Ermənistana göndərilməsi barədə qərar qəbul edilib. Bundan əlavə, iclasda cavabdehlik sahəsində vəziyyətə daim nəzarət etmək üçün katibliyin əməkdaşları və KTMT-nin Birgə Qərargahının hərbi qulluqçuları arasından işçi qrupunun yaradılması qərara alınıb.

General-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının qrupu cümə axşamı Ermənistana gedib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »