Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstan prezidenti paytaxtın adının dəyişdirir
Qazaxıstan prezidenti paytaxtın adının dəyişdirir

Qazaxıstan prezidenti Kasım-Comart Tokayev şənbə günü respublikanın paytaxtının adının Nur-Sultandan Astana adlandırılması haqqında fərman imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərinin adı dəyişdirilərək Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri adlandırılsın. Bu fərman ilk rəsmi dərc edildiyi gündən qüvvəyə minir”, - sənəddə deyilir.

Bundan əvvəl, sentyabrın 17-də Tokayev konstitusiyaya dəyişiklik edilməsi haqqında qanunu imzalayıb və sənədə  görə, Astananın keçmiş adı Qazaxıstanın paytaxtına qaytarılıb. Bundan əlavə, əsas qanuna edilən dəyişikliyə əsasən, dövlət başçısının səlahiyyət müddəti təkrar seçilmək hüququ olmadan yeddi il müddətinə məhdudlaşdırılır.

1997-ci ildə ölkənin ilk prezidenti Nursultan Nazarbayev paytaxtı Alma-Atadan Akmola şəhərinə köçürdü və 1998-ci ildə adı Astana adlandırıldı. 2019-cu il martın 23-də hazırkı dövlət başçısı Qasım-Comart Tokayev Nazarbayevin şərəfinə Astananın Nur-Sultan şəhəri adlandırılması haqqında fərman imzalayıb.

Paytaxt Günü - 6 iyul Qazaxıstanda dövlət bayramı kimi qeyd olunur.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »