Qırğızıstanın Batken vilayətində Tacikistan tərəfdən atılan mərmilər nəticəsində 15 elektrik xətti zədələnib, nəticədə 9 mindən çox ev elektrik enerjisindən məhrum olub.
Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü Qırğızıstanın energetika nazirinin müavini Taalaibek Ibraev məlumat verib.
"Batken vilayətinin Batken və Leley rayonlarında Tacikistan tərəfdən atılan mərmilərin vurduğu ziyan nəticəsində 15 elektrik xətti kəsilib. Bu səbəbdən də hazırda 32 yaşayış məntəqəsi, 9609 ev işıqsız qalıb", - deyə o bildirib.
İbrayevin qeyd edib ki, hazırırki şəraitdə qəzaların baş verdiyi yerlərdəki vəziyyət nəzərə alınaraq əməliyyat qrupuna işləri bərpa etməyə icazə verilmir: "Bölgədə vəziyyət gərgindir, biz əməkdaşlarımızın həyatını rikə ata bilmərik", - deyə o qeyd edib.
Qırğızıstan və Tacikistan sərhədində vəziyyət sentyabrın 14-də gərginləşib. Qırğızıstan tərəfinin bildirdiyinə görə, tacik sərhədçiləri çərşənbə günü Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı bölgəsindəki sərhəd bölgəsinə daxil olaraq “döyüş mövqelərini tutublar”. Ərazini tərk etmək tələbinə cavab olaraq Tacikistanın sərhədçiləri atəş açıb, ardınca atışma baş verib.
Bir neçə saat sonra Batken bölgəsindəki Kak-Sai və Paski-Arık bölgələrində də silahlı toqquşmalar baş verib. Şənbə günü Qırğızıstanın Sərhəd Xidməti ilk dəfə olaraq Oş bölgəsini atəşə tutduğunu bildirib, daha əvvəl isə bütün insidentlər Batken bölgəsindəki sərhəd bölməsinə aid olub.
Son məlumatlara görə, Qırğızıstan tərəfində 24 ölü və 120-dən çox dinc sakin yaralanıb. Qırğızıstan hakimiyyəti 136 mindən çox vətəndaşı təxliyə edib. Batken bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qadir, Bizimyol.info