Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tacikistan ordusu qırğız kəndini atəşə tutub
Tacikistan ordusu qırğız kəndini atəşə tutub

Səhər saatlarında Tacikistan tərəfi Qırğızıstanın Batken vilayətinin Paski-Arik kəndini minaatanlardan atəşə tutub.

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü Qırğızıstanın sərhəd xidməti məlumat yayıb.

"Tacikistan tərəfi əvvəllər əldə edilmiş razılaşmaları pozaraq, saat 08:50-dən saat 08:55-dək Batken vilayətinin Paski-Arık yaşayış məntəqəsini minaatanlardan atəşə tutub. Saat 08:55-də atəş dayandırılsa da, kənddə dağıntı və xəsarət alanlar var”, - bölgədən verilən məlumatda deyilir.

Münaqişə bölgəsindən xəbər verən mətbuatın məlumatına görə, saat 09:00-a sərhəddə vəziyyətin gərgin olduğu bildirilir.

“Qırğızıstan-Tacikistan sərhədində baş vermiş silahlı münaqişə nəticəsində sentyabrın 17-si saat 09:00-a səhiyyə təşkilatlarına qəbul edilən yaralananların sayı 103 nəfərdir, onlardan 5-i ambulator müalicəyə göndərilib”, - deyə "24.kg" agentliyi bölgədən məlumat verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərin əsasən bədənin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var.

Bundan əvvəl 24 nəfərin öldüyü, 87 nəfərin isə yaralandığı barədə məlumat verilmişdi.

Sərhəd Xidməti gecənin insidentsiz keçdiyini bildirib.

Qeyd edək ki, sentyabrın 14-də iki dövlətin sərhədində vəziyyət gərginləşib. Qırğızıstan tərəfinin bildirdiyinə görə, tacik sərhədçiləri Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı bölgəsindəki sərhəd bölgəsinə daxil olaraq “döyüş mövqelərini tutublar”. Ərazini tərk etmək tələbinə cavab olaraq Tacikistanın sərhədçiləri atəş açıb, ardınca atışma baş verib.

Bir neçə saat sonra Batken bölgəsindəki Kak-Sai və Paski-Arık bölgələrində də silahlı toqquşmalar baş verib. Qırğızıstan hakimiyyəti 136 minə yaxın vətəndaşı təhlükəsiz yerlərə təxliyə edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »