Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın əks-hücumu effektivdir, lakin bu müharibənin sonu deyil - Stoltenberq
Ukraynanın əks-hücumu effektivdir, lakin bu müharibənin sonu deyil - Stoltenberq

Ukrayna ordusunun rus qoşunlarına qarşı əks-hücum hərəkətləri çox təsirli oldu, lakin bu, müharibənin bitməsinin başlanğıcından xəbər vermir.

Bizimyol.info xəbər verir ki, "Reuters"in verdiyi məlumata görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O, Ukraynanın Silahlı Qüvvələrinin Rusiya ordusuna qarşı əks-hücumunun çox təsirli olduğunu deyib, lakin xəbərdarlıq edib ki, ölkələr uzun müddətə hazır olmalıdır: “Əlbəttə, Ukrayna silahlı qüvvələrinin ərazini geri ala bilməsi, həmçinin Rusiya xətlərinə zərbələr endirməsi son dərəcə vacib və uğurlu addımdır. Eyni zamanda, başa düşməliyik ki, bu, müharibənin sonunun başlanğıcı deyil, biz uzun səfərə hazır olmalıyıq. Təkcə Ukrayna deyil, bütün həmrəy dövlətlər münaqişənin hərəkət istiqamətini diqqətlə izləməlidirlər. Hələ təhlükə sovuşmayıb”, - Stoltenberq jurnalistlərə bildirib.

Bundan əvvəl Müharibənin Tədqiqi İnstitutu məlumat vermişdi ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatını davam etdirməsi ilə əlaqədar ölkədə gizli səfərbərliyini iki dəfə artırıb.

Ukrayna mətbuatı daha əvvəl xəbər verib ki, sentyabrın 6-da Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin işğal olunmuş ərazilərində əks-hücum kampaniyasına başlayıb.

Bu gün Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, demək olar ki, bütün Xarkov vilayəti artıq işğaldan çıxarılıb.

"Bu, əsgərlərimizin görünməmiş hərəkəti idi. Ukraynalılar yenə də çoxlarının qeyri-mümkün hesab etdiyi işi bacardılar", - deyə o qed edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »