Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu qədər avtomobili ölkədən çıxarmaq mümkün deyil"
"Bu qədər avtomobili ölkədən çıxarmaq mümkün deyil"

2021-ci ilin statistikasına görə, Azərbaycanda avtomobil parkının 80 faizi köhnə avtomobillərdir. Belə ki, statistikaya görə, avtobusların 86 faizi, yük avtomillərinin 90 faizi köhnədir. Köhnə avtomobillərin atmosferə verdiyi zərər isə, çox böyükdür. Belə ki, 2019-cu ildə avtomobillərdən atmosfer havasına 945,2 min ton çirkləndirici maddə atılıb. Bu, atmosfer havasına atılan cəmi zərərli maddələrin 84 faizindən çoxunu təşkil edir.

“Azərbaycan Avtomobil Dilerləri Asossasiyası”-nın sədri Eyyub Əliyev Bizimyol.info xəbər protalına açıqlamasında bildirib ki, halhazırda avtomobil parkımızda vəziyyət çox pisdi. Amma aidiyyatı qurumların bu yönümdə layihələr, təkliflər hazırlaması bu sahədə yaxın illərdə ciddi addımların atılacağına bir işarədir.

Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev Eyyub Əliyev

““Azərbaycan Avtomobil Dilerləri Asossasiyası” 2019-cu ildən avtomobil parkı ilə bağlı həyacan təbili çalmışdıq. Aidiyyatı qurmlarla görüşmüşdük. Onlara avtomobil parkının acınacaqlı olması ilə bağlı məlumat vermişdik. Həmin dönəmdə bəzi qurumlar bununla bağlı planlarının olduğunu deyirdi. Bəzi qurumlar bizim təkliflərdən ilhamlanıb, müəyyən təkliflər hazırladılar.

Hazırda ekoloji avtomobillərlə bağlı ölkə başçısının 2022-cı ilin fevralında imzaladığı milli prioritetlər bağlı “2030 Milli prioritetlər” sərəncamı var. Bu sərəncamın 5-ci bölməsində “yaşıl artım ölkəsi” adlı bir bənd var. Bu “yaşıl artım ölkəsi” ilə bağlı xüsusi işçi qrup işləyir. Ölkəmizdə avtomobil sektorunda yeniliklər etməyə, ekoloji avtomobillərin tətbiqi və təşviqatı ilə bağlı proqram hazırlanır. Mən də o işçi qrupun üzvüyəm”,- deyə ekspert bildirib. Onun sözlərinə görə, bu sahədə yeni addımlar var. Həm ölkə başçısı tərəfindən, həm də aidiyyatı qurumlar tərəfindən addımlar var.

Mütəxəssis bildirir ki, yəqin ki, biz bu addımların bəhrəsini qarşıdakı illərdə mərhələli şəkildə görəcəyik.

“Sözsüz ki, bu qədər avtomobili ölkədən çıxarmaq, utilizasiya etmək, onları yeniləri ilə əvəzləmək mümkün bir şey deyil. Amma yəqin ki, qarşıdakı illərdə bu addımlar müsbət təsirini göstərəcək” - deyə o əlavə edib.

Xatırladaq ki, bu ilin 8 ayı ərzində Azərbaycana 658 milyon ABŞ dolları dəyərində 49 min 245 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,1 faiz çox və 12,6 faiz azdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »