Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müğənni Cavanşir Məmmədov və ailəsi dələduzluq qalmaqalında...
Müğənni Cavanşir Məmmədov və ailəsi dələduzluq qalmaqalında...

Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdaş artist Cavanşir Məmmədovun işinə baxılır. Müğənni külli miqdarda dələduzluqla bağlı cinayət işində zərərçəkmiş qismində tanınıb.

Bizimyol.info xəbər verir ki, söhbət Türkiyə vətəndaşı İbili Mustafa Kamal oğlunun haqqındakı cinayət işindən gedir. Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsilə ittiham olunan bu şəxsin işinə Əhməd Quliyevin sədrliyilə, Azər Paşayev və İradə Həsənzadədən ibarət hakimlər kollegiyası baxır. Sentyabrın 15-də bu cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib və müğənni də məhkəməyə gəlib.

Müğənni ilə yanaşı, onun həyat yoldaşı Rəfiqə Qafarova da zərərçəkmiş qismində tanınıb. Onlar iddia edir ki, Mustafa İbiliyə 130 min dollardan çox pul veriblər. Cavanşir Məmmədov pulun ondan birgə iş görmək adıyla alındığını bildirib.

Mustafa İbili isə əksinə, özünü zərərçəkmiş sayır. O bildirib ki, müğənninin ailəsinin hərəkətləri nəticəsində külli miqdarda ziyana düşüb.

Türkiyə vətəndaşı deyir ki, Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova onunla evlənəcəyini vəd edib, külli miqdarda pulunu xərclətdirib. Onun sözlərinə görə, Xatirə Məmmədovaya qızıl-zinət əşyaları, bahalı geyimlər, səyahətlərinə pul xəırcləməklə yanaşı, Bakıda birlikdə yaşamaq üçün ev də alıb.

Mustafa İbilinin dediyinə görə, xərclədiyi pulları Türkiyədəki əmlakını satmaqla əldə etmişdi: “Evlənməyə qərar vermişdik. Türkiyədə evimi, ofisimi satıb Bakıya gəldim. Xatirə məni anası və qızı ilə tanış etdi. Anası şərt qoydu ki, mütləq Bakıda evimiz olmalıdır. Mən də Yasamalda ikiotaqlı mənzil aldım. Təkcə 4 dəfə ailə üzvlər ilə (qızı, anası və s.) ilə birlikdə onları Türkiyəyə aparıb gəzdirmişəm”.

Xatirə Məmmədova ilə münasibətlərinin 2021-ci ilə qədər davam etdiyini deyən Mustafa İbilinin sözlərinə görə, bu müddətdə 240 min dollara qədər pul xərcləyib. Cavanşir Məmmədov isə deyir ki, Mustafa İbili dələduzluqla məşğuldur, onları aldadıb. Əməkdar artistin sözlərinə görə, ona pul verdiyini təsdiqləyən konkret sənəd-sübutlar var.

İbili isə bildirib ki, o, hələ Türkiyədə olarkən birja işi ilə məşğul idi, bu işdən pul qazanırdı. Cavanşir Məmmədov da bu işə qoşulmaq istəyib və birjaya sərmayə yatırmaq üçün ona pul göndərib. “Bir müddət Cavanşir Məmmədovgilə qazanc verdim. Lakin sonra Türkiyədə pul dəyərdən düşdü. Ziyan elədik...”,- deyə Mustafa İbilinin bildirib.

Məhkəmə prosesi davam edir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »