Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hindistanın Ermənistanı müdafiə etməsi Kəşmir münaqişəsi ilə bağlıdır"
"Hindistanın Ermənistanı müdafiə etməsi Kəşmir münaqişəsi ilə bağlıdır"

“Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdi olsa da təəssüf ki, dünya ölkələrinin bir çoxu bunu qərəzli və məqsədyönlü şəkildə təhrif edərək Ermənistanın mövqeyini dəstəkləyir. Həmin ölkələrdən biri də Hindistandır. Rəsmi Dehli BMT TŞ-nin iclasında Azərbaycanı “təcavüzkar” adlandırmaqla ədalətsiz mövqe sərgilədi”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Turan Rzayev danışıb. Onun sözlərinə görə, əslində rəsmi Dehlinin bu addımı anlaşılandır. Azərbaycanın Pakistan ilə münasibətləri, Cammu Kəşmir məsələsində İsalamabada dəstəyi Hindistanı qıcıqlandırır. Prinsip etibarilə, Hindistanı Ermənistan kimi kiçik və əhəmiyyətsiz bir ölkə maraqlandırmır. Bu ölkələri bir-biri ilə bağlayan elə də ciddi bir bağ da yoxdur. Hindistanın BMT TŞ-ın iclasında Azərbaycanı “təcavüzkar” adlandırması şübhəsiz ki, rəsmi Bakının Cammu Kəşmir münaqişəsinə baxış bucağı ilə bağlıdır.

Turan Rzayev Turan Rzayev

“Ümumiyyətlə, Hindistanın bu ədalətsiz mövqeyinə rəsmi Bakının cavabının gecikməyəcəyi bəlli idi. Gözlənilən cavab isə ölkə başçısı Prezident İlham Əliyev tərəfindən Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammiti çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş zamanı gəldi. Ölkə başçısı bir daha qeyd etdi ki, Azərbaycan Cammu Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir.

“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupunun üzvüdür” prezident bildirib” - deyə Turan Rzayev qeyd edib. O, hesab edir ki, ölkə başçısının bu ifadələri faktiki olaraq Hindistanın BMT TŞ-nin iclasında Azərbaycanı “təcavüzkar” adlandırmasına cavab idi.

“Ümumiyyətlə prezidentin bu cavabını rəsmi Bakının Cammu Kəşmir məsələsinə baxışının dəyişməsi kimi də qiymətləndirmək olar. Azərbaycan bu günə qədər münaqişədə Pakistanı dəstəkləsə də, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllindən yana idi. Lakin Hindistanın Bakını işğalçı adlandırması rəsmi Bakının da Cammu Kəşmir münaqişəsinə baxışını dəyişdirəcək” - deyə politoloq əlavə edib.

Xatırladaq ki, bu gün Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü olub. Görüşdə Prezident İlham Əliyev əlaqələrimizin inkişafından məmnunluğunu ifadə etdi, Azərbaycanın və Pakistanın daim bir-birinin yanında olduqlarını diqqətə çatdırıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »