Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaxtı keçmiş məhsullar yenidən satışa qaytarılır - Xarici təcrübə nə deyir?
Vaxtı keçmiş məhsullar yenidən satışa qaytarılır - Xarici təcrübə nə deyir?

Bir müddət əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 65 adda, 9246,59 kq müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib. Əslində yararlılıq müddəti bitmiş məhsullar dünyanın bir çox ölkələrində İtaliyada, Finlandiyada, Avstraliyada və Türkiyədə ucuz qiymətə, ya da pulsuz olaraq istehlakçıya təklif edilir.

Məsələn, Türkiyədə belə məhsullar üçün xüsusi bir yer ayrılır və böyük bir endirimlə istehlakçıya təklif edilir.  Həmin endirimlər məhsulun satış dəyərinin yarısı qədər ola bilər. Azərbaycanda isə yararlılıq müddəti bitmiş və bitməsinə az qalmış məhsullar ya yenidən istehsalçıya qaytarılır. Və yenidən etiketi dəyişdirilərək istehlakçıya təqdim edilir. Ya da nadirən də olsa məhv edilir. Nədənsə Azərbaycanda müvafiq qurumlar belə məhsullarn ucuz satışını həyata keçirməyə cəhd göstərmirlər. Səbəb-bəhanə isə gülməlidir…

“Azad İstehlakçılar Birliyinin” sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamssında bildirib ki, təşkilata bu barədə çox saylı istehlakçı fikirləri daxil olur. Hətta istehsalçlardan da bu barədə təkliflər daxil olur.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Azərbaycan biznesmenləri bunu etməyə hazırdır. Avropa ölkələrində yalnız “Aldi” dükanlar şəbəkəsində bu proses həyata keçirilir. Özüm də həmin mağazalardan məhsul almışam. Məhsulun yararlığının bitməsinə az qalmış mallar ora köçürülür və aşağı qiymətə satılır. Ümumilikdə yararlılıq vaxtı keçmiş məhsulun satışı Azərbaycanda da, başqa ölkələrdə də qadağandır”,- deyə Eyyub Hüseynov əlavə edib.

  • İstehlakçılarla yanaşı istehsalçıların da bunu istədiyi halda, niyə bu üsul ölkə bazarlaırnda həyata keçirilmir?

Ekspert deyir ki, Azərbaycan bazarı kiçik bazardır. Əgər bu proses Azərbaycanda baş tutarsa, ölkədə haqsız rəqabət mühiti yarana bilər. Hökümətin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məsələdə çox diqqətli olmalıdır.

“Bəzi istehsalçılar məhsulu elə istehsal edir, elə proqnoz verir ki, həmin məhsul vaxtında satılır, bitir. Heç bir problem yaşamırlar. Lakin digər qrup istehsalçılar da var ki, onlar belə bir proqnoz yarada bilmirlər. Belə bir şəraitdə onlar hesab edirlər ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti elə hesab edirlər ki, bazarda haqsız rəqabət yarana bilər və normal istehsalçılar sıradan çıxa bilər” - deyən Hüseynov qeyd edir ki, yararlılıq müddətini bitməsinə az qalan məhsulların satışı üçün mağazalar şəbəkəsinin olmasının tərəfdarıdır. Onun sözlərinə görə, belə mağazalaırn açılması gec-tez baş verəcək.

““Azad İstehlakçılar” Birliyi Sumqayıt şəhər şöbəsinin və AQTA-nın iştirakı ilə bir ayda 100 tona qədər iki firmanın süd məhsullarını Sumqayıt poliqonunda basdırmışıq. Əlbəttə. insanın heyfi gəlir bu mallara. Lakin qanunvericilik elədir ki, həmin məhsulların son taleyi elə olmalıdır” - deyən QHT sədri təəssüflə qeyd edib ki, bütün firmlara belə proseslərə qoşulmur. Onun sözlərinə görə, təşkilat indiki dövr üçün yararlılıq vaxtı keçmiş məhsulların məhv edilməsnin tərəfdarıdır.

“Həmin məhsullar istehsalçıya qaytarılmamalıdır. Çünki əksər istehsalçılar məhsulun üzərini bəzəyib, satır. Ancaq təəssüf olsun ki, həmin məhsul istehsalçıya qaytarılır və həmin məhsulun son ünvanı da biz istehlakçılar oluruq” - deyə ekspert əlavə edib.

Məsələnin bir amması var. İstehsalçıya qaytarılan yararlılıq ümddəti birmiş məhsul yenidən tarixi, forması və s. dəyişdirilərək yenidən eyni qiymətə istehlakçıya satılır. Əslində, ölkədə yararlılıq müddətinin bitməsinə az qalmış məhsulların daha uzuz qiymətə və ya pulsuz verilməsi üçün xüsusi mağazalarn olması önəmlidir. Çünki bəzi məhsullar var ki, yararlılıq müddəti bitmiş olsa da, onu istehlak etmək olur.

  • Bu məhsulların etiketinin, yararlılıq tarixinin dəyişdirilib yenidən istehlakçıya satılmasındansa, ucuz qiymətə və ya pulsuz olaraq istehlakmıya verilməsi daha faydalı olmazmı?
  • Və yaxud belə məhsulların məhv edilməsindənsə, tam vaxtı bitmədən öncə həmin məhsula ehtiyacı olanların ehtiyacını ödəmək yaxşı olmazdımı?

Hər bir halda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məsələni nəzaərtdə saxlamalı və istehlaçkı üçün uyğun olan varianta üstünlük verməlidir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »