Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanın ikiüzlü mövqeyi sülh prosesini ləngidir"
"Ermənistanın ikiüzlü mövqeyi sülh prosesini ləngidir"

İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra, Üçtərəfli Bəyanatın imzalanması, Brüssel görüşləri belə bir fikir formalaşdırmışdı ki, nə olur olsun Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Buna inananlar inanmayanlardan çox idi. Hətta sonuncu, avqustun 31-də baş tutan Brüssel görüşündə Ermənistanın baş naziri Nikol Paşinyanın sülhə razı mövqeyi də “müharibə bitdi, sülh olacaq” fikrini formalaşdırmışdı. Amma Azərbaycan bilməli idi. Bilməli idi ki, 30 il torpaqlarını işğal altında saxlayan, insanlarını öldürüb kütləvi qəbirstanlıqlar yaradan, torpaqlarının hər qarışını minalayıb, daha çox can almaq üçün saxta mina xəritələri verən, danışıqlardan qaçan, sonra da beynəlxalq ictmaiyyət qarşısında yazıq görkəm alıb, özünü qurban kimi təqdim edən bir millətin, bir xalqın, bir hakimiyyətin “sülhə razı davranışları”, “sülhə məcbur edilməsi” onu xəbis xislətindən uzaqlaşdırmayacaq. Ki, biz sentyabrın 12-də gecə saatlarında buna bir daha şahid olduq. Müharibədən sonra təxribat adlanan hər nə isə, 72 itki ilə nəticələndi və hələ də vəziyyət sual altındadır. Yenə sülhdən danışa bilərikmi?

“Azərbaycanla Ermənistan arasında sülhlə bağlı ölkəmiz tərəfindən irəli sürülən təkliflər beynəlxalq birlik tərəfindən dəstəklənir. Azərbaycan-Ermənistan münasibətlərinin sülh kontekstində irəliləməyi ilə bağlı həm rəsmi Moskvanın, həm rəsmi Brüsselin ortada kəskin mövqeləri mövcuddur”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural İsmayılov danışıb. O hesab edir ki, qalib və öz şərtlərini diqtə edən tərəf kimi Azərbaycan olduğuna görə bizim də sülhlə bağlı konkret Ermənistan üzərindən tələblərimiz var. Həmin tələblərin yerinə yetirilməsi üçün dəfələrlə Ermənistana çağırışlar edilib.

Tural İsmayılov Tural İsmayılov

Tual İsmayılov bildirir ki, Ermənistan istəsə də, istəməsə də sülhə məcbur ediləcək. Çünki bundan sonra Ermənistanın özünün dövlət kimi istisadi-siyasi varlığını davam etdirməyin yeganə yollarından biri Azərbaycanla münasibətləri normallaşdırmaqdan ibarətdir. Bunun əksi olacağı təqdirdə, Ermənistan özü çox böyük itkilərlə ayrılmış olacaq. Digər tərəfdən isə, Azərbaycan cənubi Qafqazda sabitliyin və ictmai-siyasi stabiliyin olmasında maraqlıdır.

“Təəssüflər olsun ki, Ermənistanın sülhlə bağlı iki tərəfli mövqeyi eyni zamanda həm Qərbdə, həm Rusiya qarşısında qeyri-səmimi siyasəti, Azərbaycan və Türkiyə ilə münaisbətlərin normallaşdırılması ilə bağlı ortaya qoyduğu ikiüzlü mövqe bu günə qədər sülhlə bağlı konkret addımların atılmamasına səbəb olub. Bir tərəfdən pozitiv hadisədir ki, 4-cü Brüsel görüşündə artıq iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxın zamanlarda xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub. Digər bir tərəfdən isə, Ermənistanın sonuncu təxribatından sonra bu məsələnin dalana dilənməsi ilə bağlı skeptikalar da mövcuddur”,- deyə İsmayılov əlavə edib.

Politoloq hesab edir ki, Azərbaycanın sülhlə bağlı mövqeyi birmənalı olduğuna görə, Ermənistan tərəfindən hansı təxribatlar və provakasiyalar törədilməsindən asılı olmayaraq, sülh prosesi baş verəcək və bu məsələdə irəliləyişlər əldə ediləcək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »