Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan 29,8 min kvadratkilometr ərazidə yerləşir..." - Paşinyan
"Ermənistan 29,8 min kvadratkilometr ərazidə yerləşir..." - Paşinyan

Ermənistanın hökumət başçısı xalqı əmin edib ki, Ermənistan ərazisinin bir millimetri də müzakirə mövzusu olmayacaq.

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsi heç bir halda Ermənistan ərazisinə təcavüz vasitəsi kimi istifadə edilə bilməz”.

Bizimyol.info Emənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında bildirib.

"Ermənistanda sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı siyasi proses gedir. Və bu prosesdən ərazi işğalı vasitəsi kimi istifadə etmək yolverilməzdir. Ermənistan 29,8 min kvadratkilometr ərazidə yerləşir və bir millimetr belə müzakirə mövzusu olmayacaq”,- deyə hökumət başçısı Ermənistan xalqını əmin edib.

Baş nazirin sözlərinə görə, Ermənistanın bu mövqeyi aydındır və dəyişməyəcək. Paşinyan vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın “suveren ərazisi”ni tərk etməlidir.

“İrəvan məsələnin həllini axtarmaq üçün bütün vasitələrlə və bütün hallarda bu mövqeyi müdafiə edəcək”,- deyə o, sonda bildirib.

Qeyd edək ki, sentyabrın 16-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan tərəfində sərhəddə vəziyyətin gərginləşməsi nəticəsində 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Qeyd edək ki, Paşinyanın son günlər tez-tez "Ermənistan 29,8 min kvadratkilometr ərazidə yerləşir" deməsi müxalif qüvvələri narazı salır. Çünki bu açıqlama ilə Paşinyan Azərbaycana qarşı ərazi iddialarının olmadığını vurğulayır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »