Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın itkiləri Türkiyənin qazancıdır" - Ankara Qafqazda Moskvanın yerini tutacaq
"Rusiyanın itkiləri Türkiyənin qazancıdır" - Ankara Qafqazda Moskvanın yerini tutacaq

Dünyanın gözü-qulağı Səmərqənddədir. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısı başlayıb. Sammit çərçivəsində Özbəkistanda bir araya gələn liderlərin verəcəyi qərarlar maraqla gözlənilir.

Özbəkistan Prezidenti Şevkət Mirziyoyevin dəvəti ilə sammitə xüsusi qonaq qismində qatılan Türkiyə prezidenti Ərdoğan burada bir sıra vacib görüşlər keçirib.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, dünən Türkiyə prezidenti Ərdoğan ağac əkmə mərasimindən sonra “Əbədi şəhər” kompleksində liderlərlə görüşüb. Ərdoğan “Əbədi şəhər” kompleksində Rusiya prezidenti Putin, İran prezidenti Rəisi, Azərbaycan prezidenti Əliyev, Özbəkistan prezidenti Mirziyoyev və Belarus prezidenti Lukaşenko ilə görüşüb, söhbət edib.

Bildirilir ki, bu gün Çin prezidenti Şi Tsinpinlə görüşən Ərdoğan, günortadan sonra Rusiya prezidenti Putinlə də görüşəcək.

Sözügedən görüş dünya mətbuatında geniş yer alarkən, görüşdən əvvəl Əl-Cəzirə kanalından diqqətəlayiq bir Türkiyə analizi gəlib.

Carnegie Europe-da qonaq olan akademik Dimitar Bechev Əl-Cəzirə üçün yazdığı məqalədə Türkiyənin xarici siyasətini müzakirə edib.

“Rusiyanın Ukraynadakı itkiləri Türkiyənin qazancıdır” başlıqlı yazıda bu ifadələrə yer verilib; “Moskvanın təsirinin Suriyada və ya Cənubi Qafqazda azalması gözlənilir. Ankara boşluğu doldurmağa hazırlaşır”.

Türkiyənin Qərb sanksiyalarına qatılmayaraq Rusiya ilə diplomatik əlaqələrini pozmadığını vurğulayan yazıda həm də “Ərdoğan Krımın Ukraynaya aid olduğunu bildirərək Kiyevə dəstək verib”,- deyə bildirilib:

“Bu, Kremlin Ukraynada dalana dirəndiyi bir vaxtda Türkiyənin Rusiya ilə münasibətlərində sərhədləri aşmaq istədiyi imkanların göstəricisidir”.

Bundan əlavə, “Amerikanın Səsi” bu gün baş tutacaq görüşü “Ərdoğan və Putin Avrasiya Təhlükəsizlik Toplantısında Qərbə İşarə verəcək” başlığı ilə oxuculara təqdim edib.

“Euronews” isə yazıb ki, iki lider Ermənistan-Azərbaycan münaqişələrini müzakirə edəcəklər. Xəbərdə yüksək rütbəli bir Türkiyə məmurunun bu sözləri yer alıb: “Bu məsələ Putinlə müzakirə olunacaq. Çünki bu müharibənin sonlanmasında Rusiya və Türkiyənin oynadığı rol və ondan sonra birgə iş məsələləri var”.

Xəbərdə Türkiyə rəsmisinin “Türkiyə hər mənada Azərbaycanın yanında olmağa davam edəcək” deməsi də vurğulanıb.

Bundan əlavə, Rusiya vitse-prezidenti Yuri Uşakov da bu yaxınlarda verdiyi açıqlamada iclasda müzakirə olunacaq məsələləri açıqlayıb. Uşakov mövzu ilə bağlı açıqlamasında bu açıqlamaları vebunlaı söyləyib:

“Ərdoğan və Putinin görüşündə bir çox məsələlər müzakirə olunacaq. Hazırda danışıqlar üçün çoxlu məsələlər var ki, onlardan biri də taxıl sazişinin imzalanmasında Türkiyənin müsbət rol oynamasıdır. İclasda iyulun 5-də Soçidə əldə olunmuş razılaşmaların nəticələri də müzakirə olunacaq”.

Qeyd dək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndələrinin Çinin Şanxay şəhərində görüşməsi və Sərhəd Bölgələrində Hərbi Etibarın dərinləşdirilməsi haqqında Sazişin imzalanması ilə yaradılıb.

Özbəkistan, Pakistan və Hindistanın iştirakı ilə tamhüquqlu üzvlərin sayı 8-ə yüksəlib.

2005-ci ildə ŞƏT-ə müşahidəçi üzv kimi daxil olan İranın tamhüquqlu üzvlük prosesinə 2021-ci ilin sentyabrında start verilib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »