Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ankaranın açıqlaması yenə Yunanıstanı dəli etdi
Ankaranın açıqlaması yenə Yunanıstanı dəli etdi

Türkiyə ilə Yunanıstan arasında son həftələrdə yaşanan gərginlikdə Egey dənizinin hər iki tərəfindən səslər həm hökumət səviyyəsində, həm də mediada yüksəlməkdə davam edir.

Bizimyol.info xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin may ayında ABŞ-a səfəri və Türkiyə əleyhinə açıqlamalar verməsi ilə yaranan gərginlik Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ankaranın sərt açıqlamaları ilə birdən-birə artıb.

Belə ki, Türkiyə Prezidenti Ərdoğanın Yunanıstan adaları ilə bağlı “bir gecə qəfil gələ bilərik” açıqlaması Yunanıstandan böyük əks-səda doğursa da, vitse-prezident Fuat Oktayın sözləri Yunanıstan mediasında və ictimaiyyətində daha böyük dalğa yaradıb.

Fuat Oktay Fuat Oktay

O, Ərdoğanın “Bir gecə qəfil gələ bilərik” açıqlamasına cavab verən Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin “bir gecə birdən gələ bilər deyənləri işıqda gözləyirik” sözlərinə qarşı sərt ifadələr işlədib.

Oktay “Mitsotakis də dedi ki, gecələr gəlmə, gündüz gəl. O bilmirmi ki, Türkiyə Egeydə reaksiyasını göstərəndə, onsuz da Yunanıstanın gündüzü gecə olacaq. Türkiyə beynəlxalq razılaşmalara əsaslanaraq lazım olanı etsə, Yunanıstan adalarına qar yağacaq”,- deyə bildirib.

Yunanıstan mətbuatı Oktayın sözlərinə geniş yer verib. Yunanıstanın ən çox oxunan qəzetlərindən biri olan “Ta Nea” “Türkiyənin çılğınlığı dünən də davam etdi. Amma bu dəfə vitse-prezident Fuat Oktay açıqlama verdi”,- deyə qeyd edilib.

Qeyd edək ki, adalar Yunanıstana məxsus olsa da, tarixi razılaşmaya əsasən həmin adalar hərbiləşdirilə bilməz. Amma indi Yunanıstan o razılaşmaları pozaraq İstanbul yaxınlığında yerləşən adaları silahlandırır. Türkiyə isə Yunanıstandan beynəlxalq hüququn tələblərinə sayğı tələb edir. Maraqlıdır ki, Türkiyənin və ya Azərbaycanın hər addımına çılğın reaksiyalar verən ABŞ və Avropa Afinanın beynəlxalq hüququ açkar şəkildə pozmasına münasibət bildirməkdən yayınır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »