Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tayvana səfəri ilə böhran yaradan Pelosi indi də Ermənistana gedir” - Xarici media
“Tayvana səfəri ilə böhran yaradan Pelosi indi də Ermənistana gedir” - Xarici media

Tayvana səfəri ilə Çindən böyük reaksiya alan və bölgədə böhrana səbəb olan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin indi Ermənistana səfər edəcəyi iddia edilib.

Bizimyol.info xəbər verir ki, “Politico” saytının məlumatına görə, Pelosi bu həftə Azərbaycanla şiddətli toqquşmalar yaşayan Ermənistana gedəcək. Mövzu ilə bağlı mənbələr bildiriblər ki, Pelosi bu həftə sonu Demokrat Partiyasından senator Ceki Şpeyerlə birlikdə Ermənistana səfər edəcək və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Maraqlıdır ki, səfər 2020-ci ildə Qarabağ uğrunda döyüşən Azərbaycan-Ermənistan xəttində münaqişələrin baş verdiyi dövrə təsadüf edib.

Xatırladaq ki, ötən gün Ermənistan və Azərbaycan arasında yeni toqquşmalardan sonra atəşkəs elan olunduğunu açıqlasa da, Azərbaycanın Müdafiə Nazirliyi 71 Azərbaycan əsgərinin həyatını itirdiyini açıqlayıb. Ermənistanın baş naziri Paşinyan isə ötən gün 105 erməni əsgərinin öldüyünü bildirib.

Onu da əlavə edək ki, son gərginlik iki ölkə arasında 2020-ci ildən bəri ən şiddətli qarşıdurma olub və yeni müharibə narahatlıqlarına səbəb olub.

Bundan əlavə, ABŞ-da güclü olan erməni lobbisi bu həftə ABŞ administrasiyasını Ermənistanı dəstəkləməyə çağırıb. Amerika Erməni İcmasının prezidenti Entoni Barsamian Azərbaycanın son münaqişədə beynəlxalq hüququ pozduğunu iddia edərək, “Ermənistana Ukrayna ilə eyni maraq göstərilmir” deyib.

Politico-nun xəbərinə görə, Almaniyada keçirilən G7 toplantısına qatılan Pelosi erməni əsilli ABŞ senatoru Şpeierlə İrəvana uçacaq. Pelosinin sözçüsü Drew Hammill təhlükəsizlik protokoluna görə səfərlə bağlı şərh verə bilməyəcəyini bildirib.

Qeyd edək ki, Pelosinin keçən ay Tayvana səfəri Çin və ABŞ arasında böyük böhrana səbəb oldu. Çin özünün bir parçası kimi gördüyü Tayvan ətrafında günlərlə davam edən təlimlər keçirdi və ABŞ-ı sərt şəkildə tənqid etdi.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »