Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Navalnı üçün qeyri-adi işgəncə üsulu tapıb
Putin Navalnı üçün qeyri-adi işgəncə üsulu tapıb

Vladimir Putinin başı Rusiya ordusunun Ukraynadakı uğursuzluğuna qarışsa da, rəqibləri ilə haqq-hesab çəkmək də yaddan çıxmır. Ölkə müxalifətinin lideri Aleksey Navalnıya həbsda daha çox əzab verilir. O, hər cür mənəvi işgəncə ilə üz-üzə qalıb. Bir müddət əvvəl yayılmış videoda onun görkəminin pisliyə doğru çox dəyişdiyi hiss olunurdu.

Bizimyol.info xəbər verir ki, Vladimir vilayətindəki 6 saylı islah koloniyasında məhbuslara Navalnıya baxmaq qadağan olunub. Bu haqda siyasətçinin yaxınları danışıb. Onların sözlərinə görə, Navalnı gələndə üç dəfə siqnal səslənir. Məhbuslara belə xəbərdarlıq olunur. Onlar dərhal üzünü divara çevirir. Navalnı həyətə çıxıbsa, hamı pəncərədən kənarda dayanmalıdır.

Müxalifət liderinin qohumları maraqlı məlumat da verib. Onların dediyinə görə, islah koloniyasından xeyli məhbus Ukrayna müharibəsinə göndərilib.

Navalnı 2021-ci ilin yanvarında həbs olunub. Almaniyadan müalicədən qayıdan siyasətçini hava limanından birbaşa müvəqqəti saxlama təcridxanasına aparmışdılar. Sonra ona qarşı ittiham səslənmişdi. Navalnı əvvəlcə 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. Zamanla onun cəzası ağırlaşdırılıb. İndi onu 9 il həbs həyatı gözləyir.

Navalnı 5 aya yaxın Almaniyadan müalicə kursu keçməli olmuşdu. Avqustda sui-qəsdlə qarşılaşan müxalifət lideri komaya düşmüşdü. Zəhərlənən siyasətçini bundan sonra təcili Almaniyaya aparmaq lazım gəlmişdi. Vətənə qayıtmaq isə ona həbs bahasına başa gəlmişdi.

Navalnı çox ağır həbs həyatı yaşayır. Onun hər gün mənəvi işgəncə ilə üzləşdiyini demək olar. Siyasətçi avqustun əvvəlindən 4 dəfə cərimə təcridxanasına salınıb. Navalnını xüsusilə məhkumların həmkarlar ittifaqını yaratdığına, onları sentyabr seçkilərində hakimiyyət namizədlərinin əleyhinə səs verməyə çağırdığına görə cəzalandırırlar.

Müxalifət lideri ciddi rejimli 6 saylı islah koloniyasına iyunda gətirilib. Buna qədər Alekseyi Vladimir vilayətindəki başqa həbsxanada – ümumi rejimli 2 saylı islah koloniyasında saxlayırdılar.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »