Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim düşmənin bölgə ərazisinə hücumlarının sayının azaldığını qeyd edir.
Bizimyol.info xəbər verir ki, Ukrayna mətbuatının verdiyi məlumata görə, o, bu barədə brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Nikolayev vilayətində həyata keçirilən əks-təxribat fəaliyyətinin nəticələri demək olar ki, hər gün qeydə alınır: "Dünən daha bir kəfiyyatçı saxlanma olub. Srağagün də bir nəfər saxlanılmışdı. İlkin istintaq zamanı məlum olub ki, onların məqsədi rayonda HİMARS sistemlərini axtarmaq olub. Bizim xəbərdar etmədiyimiz hadisələr var, planlaşdırılanlar da var. Lakin işğalçıların hələ də bizim mübarizə apardığımız ərazilərdə yerləşdirdiyi kifayət qədər öz şəbəkəsi var”, - deyə Kim qeyd edib.
O, bölgənin atəşə tutulmasının azalmasını Ukrayna Silahlı Qüvvələrinin cənubdakı bölmələrinin uğuru ilə izah edir.
"Ümumiyyətlə, altı ayı geridə qalan müharibə zamanı Nikolaev bölgəsi cəmi 29 gün atəşə tutulmayıb. Onlardan altı gün son iki həftəyə, məhz Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya məxsus "S-300" zenit-raket komplekslərinin bir hissəsinin məhv edilməsindən sonrakı günlərə düşüb", - deyə vilayət rəhbəri qeyd edib.
"Bildiyiniz kimi, ruslar Ukraynada HIMARS qurğularının guya dağıdılması ilə bağlı dəfələrlə saxta məlumatlar yayıblar. Bu bəyanatlar nə Ukrayna, nə də Amerika Birləşmiş Ştatları tərəfindən təsdiqlənməyib. Rus xalqını sakitləşdirməyə və orudakı ruh düşkümlüyünü aradan qaldırmağa hesablanmış bu xəbərlər özünü döğrultmadı. Buna görə də, indi, ciddi cəhdlə, bölgədə olan "adaları"nı HIMARS axtarışına cəb ediblər",- deyə o bildirib.
Bundan əvvəl Ukrayna əsgərlərinin cənubda Rusiyanın iki "S-300" buraxılış qurğusunu və düşmənin digər texnikasını məhv etdiyi bildirilirdi.
Qadir, Bizimyol.info