Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə Rusiya bank kartlarının qəbulu dayandırıla bilər - Financial Times
Türkiyədə Rusiya bank kartlarının qəbulu dayandırıla bilər - Financial Times

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin yeddinci ayında ABŞ və Avropa İttifaqı Rusiya ödəniş sisteminin türk banklarına qoşulması səbəbindən Türkiyəyə təzyiqləri gücləndirir.

Biaimyol.info xəbər verir ki, "Financial Times" verdiyi məlumata görə, Avropa İttifaqının iqtisadçıları qorxur ki, Türkiyənin bank sektorunda Rusiyaya sanksiyalardan yan keçməyə imkan verən boşluqlar yarana bilər.

Türkiyənin 5 iri bankı Rusiyanın "Mir" ödəmə sisteminə qoşulub - Vakıfbank, Ziraat Bank, İş Bankı, DenizBank və Halkbank. Onlardan ikisi, BƏƏ-yə məxsus özəl bank DenizBank və dövlətin nəzarətində olan Halkbank Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra "Mir" sisteminə qoşulub.

Nəşrin yazdığına görə, Brüssel öz narahatlığını birbaşa türk rəsmilərinə bildirmək üçün nümayəndə heyəti hazırlayır: "Biz çox aydın siqnal göndərəcəyik ki, məsələn, üçüncü ölkənin maliyyə institutları "Mir" ödəniş şəbəkəsinə qoşulmamalıdırlar, çünki bildiyiniz kimi, bu, sanksiyalardan yayınma riskini ehtiva edir", - nəşrin həmsöhbətlərindən biri deyib.

"Biz boşluqları aşkarlamalı və bağlamalıyıq", - deyə başqa bir mənbə FT-yə bildirib.

Rəsmilər bildiriblər ki, Türkiyə ilə yanaşı, potensial sanksiyalardan yayınma boşluqlarına qarşı tədbirlər Qafqaz, Mərkəzi Asiya və Fars körfəzindəki ölkələrə də yönəlib.

Eyni zamanda, "RBC"nin rus nəşrinin bildirdiyi kimi, "Mir" kartları Türkiyədə adi qaydada işləyir, lakin müştərilər artıq xidmət problemləri ilə üzləşə bilər, xüsusən də sanksiya tətbiq edilmiş bankların kartları ilə ödəniş etdikdə.

“Ölkədə “Mir” kartlarını qəbul edən Türkiyənin bəzi ekvayinq bankları öz cihazlarında belə kartlarla əməliyyatları rədd edə bilər”, – deyə ödəniş sistemində qeyd olunur.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »