Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kaş, canımı itirəydim, Azərbaycan Türklükdən kənarda qalmayaydı"
"Kaş, canımı itirəydim, Azərbaycan Türklükdən kənarda qalmayaydı"

Bu gün Bakının azad edilməsindən 104 il keçir. 1918-ci il sentyabrın 15-də İslam Qafqaz Ordusu Nuri Paşanın rəhbərliyi ilə Bakını azad edir. Azərbaycanın paytaxtı Bakını erməni quldur dəstələrindən və bolşevik qoşunlarından azad edən Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa 101 il sonra da azərbaycanlılar tərəfindən hörmət və minnətdarlıqla anılır.

Mütəxəssislərin fikrincə, Bakının azad edilməsi uğrunda aparılan döyüşlərin mühüm mərhələsi Qobudan başlanırdı. Bu səbəbdən də 5-ci firqənin qərargahının Qobuda yerləşdirilməsi planlaşdırlırdı. Nuri Paşa döyüşlərə məhz Qobudan başlamalı və dayanmadan irəli getməli idi. Və qoşunlar Qobuya yerləşdirilir. Evlərdən ən yüksəkdə olanı Nuri Paşanın qərargahı kimi seçilir. Bu ev Kərbalayi Qasım kişinin evi idi. İndi həmin evdə Qasım kişinin yaxınları yaşayır. Çünki bu evin pəncərəsində irəliləyən boşlevik-daşnak qoşunlarını görmək mümkün idi.

Nuri Paşanın qərargahı Bakının Qobu qəsəbəsi Nuri Paşanın qərargahı, Bakı, Qobu qəsəbəsi

Kənd sakinlərinin sözlərinə görə, həmin dövrdə Nuri Paşanın Qobuya gələcəyini eşidən sakinlərin hamısı onu evində qonaq etmək arzusunda olub. Hamı Nuri Paşanı xilaskar kimi qiymətləndirib. Nuri Paşa qərargah kimi seçdiyi evdə lampa yandırılmasına icazə verməzmiş. Amma həmin dövrdə o evdə körpə dünyaya gəlir. Paşa lampa yandırır. Hamı təəccüblənir. Paşa deyir ki, körpə gözlərini işıqlı dünyaya açmalıdır.

Bu gün də Qobu kəndində Nuri Paşaya sevgi var. Kəndi gəzdikdə Nuri Paşanın evi, Nuri Paşanın silah anbarı və s. kimi tanınan tikililər qarşımıza çıxır. Bu evlərin hər daşında, torpağında 1918-ci ilin izləri var. Ev sahibi, evi bizə göstərdikcə, babasının ona danışdıqlarını da xatırladır. O deyir ki, babası “Nuri Paşa bizim xilaskarımız” olub deyirmiş. Bu gün Qobu kəndinə gedib kimdən soruşsan ki, “Nuri Paşanın evi hansı ev olub?”, cavanlı-qocalı sənə göstərə biləcək. Çünki Qobulular o tarixi unutmur, bu günə kimi gənclərə danışır, unutmağa imkan vermirlər.

Xatırladaq ki, 1918-ci il mayın 25-də Gəncəyə çatan Qafqaz İslam Ordusunun əsgərlərinin sayı Azərbaycan korpusundan min nəfərlik əlavə qüvvə ilə 12 min nəfərə çatdı. Yolunda olan Göyçay, Salyan, Ağsu və Kürdəmiri bolşevik qoşunlarından və erməni quldur dəstələrindən təmizləyən Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını azad etdi. Qafqaz İslam Ordusu Bakının azad edilməsi uğrunda 1130 şəhid verib.

Nuri paşanı Azərbaycanın getdiyi hər yerdə hörmət və ehtiramla qarşılayırdılar. Azərbaycanlılar öz xilaskarını, ordu komandirini öz evlərində qonaq etmək üçün bir-biri ilə yarışırdılar. Onun azad etdiyi Bakının bolşeviklər tərəfindən işğalı Paşanı çox üzdü. Azərbaycanlı Cabbar Ərtürk Nuri Paşanın 1956-cı ildə yazdığı "Vətəndə unudulmuş Türklük" kitabında yazır: "Qardaşımın (Ənvər Paşanın) şəhadəti nə qədər ürəyimi ağrıtdısa, Azərbaycanın işğalı daha da ağırdı. Qardaşım fani idi. Amma Azərbaycanda Türklük əbədidir. Kaş ki, canımı belə itirəydim. Amma Azərbaycan Türklükdən kənarda qalmazdı”.

İradə Cəlil, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »