Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Estoniya Rusiya ilə gömrük sahəsində əməkdaşlığı dayandırıb
Estoniya Rusiya ilə gömrük sahəsində əməkdaşlığı dayandırıb

Estoniya hökuməti cümə axşamı keçirilən iclasda Rusiya ilə gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişə xitam vermək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə Tallində keçirilən mətbuat konfransında respublikanın baş naziri Kaya Kallas məlumat verib.

“Biz Rusiya ilə gömrük sahəsində də ikitərəfli əməkdaşlığı dayandırdıq. Bu əməkdaşlıq Avropa İttifaqı tərəfindən tənzimləndiyinə görə və biz həmişə dediyimiz kimi, Avropa ilə Rusiya Federasiyası arasında münasibətlərdə vahid Avropa xətti ilə getməyi məqbul hesab edirik, ikitərəfli razılaşmalara əməl etmək niyyətində deyilik”, - deyə Nazirlər Kabinetinin rəhbəri qeyd edib.

Estoniyanın "ERR" milli yayım portalının məlumatına görə, müqaviləyə xitam verilməsi barədə sərəncam layihəsi bu ölkənin xarici işlər naziri Urmas Reinsalu tərəfindən baxılmaq üçün hökumətə təqdim edilib.

İki dövlətin Nazirlər Kabineti bu sənədi 1997-ci ildə imzalayıb. Sazişin mətnindən belə çıxır ki, o, “qeyri-müəyyən müddətə bağlanır və tərəflərdən birinin ona xitam vermək niyyəti barədə yazılı bildiriş aldığı tarixdən altı ay keçənədək qüvvədə qalacaq”.

Qeyd edək ki, fevralın 24-də prezident Vladimir Putinin qəbul etdiyi qərarla Rusiya ordusu Ukrayna ərazisinə daxil olaraq işğal hərəkətləri icra ediblər.  Müharibənin davam etdiyi ilk aylarda əksər düya dövlətləri bu işğalı dayandırmaq məqsədi ilə Rusiyaya genişmiqyaslı sanksiyalar tətbiq etməyə başlayıblar. Bir çox Avropa dövlətləri Rusiya ilə gömrük sahəsində əməkdaşlığın dayandırılması ilə bağlı qərar veriblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »