Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhidlərin dəfnində dini şüarlarla səs-küy salanlarla bağlı araşdırma başlayıb
Şəhidlərin dəfnində dini şüarlarla səs-küy salanlarla bağlı araşdırma başlayıb

Şəhidlərin dəfnində dini şüarlar səsləndirənlərlə bağlı araşdırma aparılır, tədbir görülür. Bu barədə Bizimyol.info xəbər portalına Daxili İşlər Nazirliyinin Mətbut Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib.

Sosial şəbəkələrdə şəhidlərin dəfni zamanı bir qrup şəxslərin mərasimə qatılaraq, dini şüarlar səsləndirməsilə bağlı görüntülər yayılıb. Bir sıra istifadəçilər elə sosial media vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət edərək, həmin şəxslərin belə mərasimlərə qatılmasının qarşısının alınmasını istəyib.

DİN rəsmisi bildirib ki, vətəndaşların bu məsələ ilə əlaqədar narahatlıqları anlayışla qarşılayırlar: “Sosial şəbəkələrdəki bu müraciətlərin müəlliflərinə vətəndaş mövqeyi sərgilədikləri üçün təşəkkür edirik”.

Zeyni Hüseynovun sözlərinə görə, şəhidlərin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasıyla məşğul olan polis əməkdaşları da orada baş verənləri müşahidə edir. Sadəcə, dəfn mərasimində hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin şəxsləri oradan uzaqlaşdırmırlar.

“Lakin mərasimlər başa çatdıqdan sonra qeyd olunan şəxslərin ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür”, - Zeyni Hüseynov bildirib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »