Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Scholz: Putin hələ də müharibənin səhv olduğunu anlamır
Scholz: Putin hələ də müharibənin səhv olduğunu anlamır

Almaniya kansleri Olaf Şolz Rusiya dövlət başçısı Vladimir Putinlə danışdıqdan sonra Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə bağlı mövqeyində heç bir dəyişiklik görmədiyini bildirib. O qeyd edib ki, Rusiya prezidenti Ukraynadakı müharibəni hələ də düzgün hesab edir və onu dayandırmağı planlaşdırmır.

Bizimyol.info xəbər verir ki, "Die Welt"in verdiyi məlumata görə, Şolz bunu çərşənbə günü Berlində mətbuatla söhbəti zamanı deyib.

“Təəssüf ki, sizə deyə bilmərəm ki, Rusiya hakim dairələrində bu müharibənin başlamasının səhv olduğunu başa düşmək istiqamətində yeniliklər var. Əksinə, ritorika eyni ilə qalır. Həmçinin orada yeni perspektivlərin yarandığına dair heç bir əlamət yoxdur”, - deyə Scholz bildirib.

Buna baxmayaraq, Almaniya kansleri əmindir ki, Putinlə daha çox danışmaq və ona öz baxışını izah etmək lazımdır: “Çünki mən qəti şəkildə inanıram ki, Rusiya bölgədə sülh şansı əldə etmək üçün geri çəkilməli, qoşunlarını çıxarmalıdır. Və hər gün daha çox anlayıram ki, bu yeganə perspektivdir. Amma bunu Kremilə də anlatmağa cəhd etməliyik. Bunun üçün də danışıqlar aparmaq vacibdir”, - deyə Scholz qeyd edib.

Ukrayna mətbuatı daha əvvəl xəbər verib ki, Almaniya kansleri Olaf Şolz sentyabrın 13-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. 90 dəqiqəlik söhbətdə Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi və onun nəticələri müzakirə olunub.

"Federal kansler vurğulayıb ki, Rusiyanın əlavə ilhaqçı addımları cavabsız qalmayacaq və heç bir halda tanınmayacaq", - deyə Scholza istinadən mətbuat yazıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »