“Rusiya Ermənistan-Azərbaycan nizamlanmasında əsas oyunçu statusunu itirərsə, Qafqazda təsir imkanlarını itirəcək”.
Bizimyol.info xəbər verir ki, bu fikrləri MDBMİ-nin Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov özünün sosial şəbəkə səhifəsində yazıb.
O qeyd edib ki, Moskvanı birmənalı mövqe nümayiş etdirməyə çağırmaq fikrində deyil: "Amma elə vəziyyətlər var ki, susmaq heç də "qızıl" deyil. Bakı ilə İrəvan arasında münasibətlərdə xüsusi rolun itirilməsi hər iki paytaxtı Qərbə aparacaq, enerji baxımından isə Azərbaycan, prinsipcə, artıq oradadır. ",- deyə politoloq bildirib.
Markedonovun fikrincə, burada NATO-ya üzvlüklə “müttəfiqliyini” və Kiyevin hərbi dəstəyini nəzərə alan Türkiyə amili də çıxış edir. O əlavə edib ki, Gürcüstan anti-Rusiya sanksiyalarında iştirak etməməsinə baxmayaraq, Avro-Atlantik vektordan da imtina etmir.
“Biz (Rusiya - red.) artıq nəyisə itirmişik, lakin proses hələ dönməz xarakter almayıb. "Şimal-Cənub" və ya hipotetik "dəhlizlər"in, ümumiyyətlə, iqtisadi mərkəzli yanaşmaların vəziyyəti tərsinə çevirəcəyinə inam da ən azı suallar doğurur",- deyə politoloq xəbərdarlıq edib.
Onun fikrincə, Rusiya hakimiyyəti mümkün qədər tez öz "sükutuna" son qoymalı və təkcə sırf hərbi deyil, həm də Qafqaz istiqamətində təşəbbüsü ələ keçirməlidir.
“Əks halda Soros babaya sonradan işarə etməyə dəyməz ki, o və qohumları kəskin döngədə yenidən bizi ötüb keçdi və dünya bizim iştirakımız olmadan quruldu... Yaxın illərdə bizdə uğurlu şərait olmayacaq. Biz Qafqazda, keçmiş SSRİ-nin qərb hissəsində dincəlirik, amma diqqətimizi hansısa başqa regiona yönəltməklə yanaşı, “bütün hissələrimizi” itirməli olacağıq”,- deyə Markedonov bildirib.
Leyla, Bizimyol.info