Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN Samirə Ağayevanın şəxsiyyət vəsiqəsi ilə bağlı açıqlama verdi

Orxan Mansurzadə: “Onun şəxsiyyət vəsiqəsinin ləğv edilməsi barədə məlumat əsassızdır”

“Bakı şəhər sakini Samirə  Ağayeva şəxsiyyət vəsiqəsini 2016-cı ilin avqustunda alıb və hazırda sənəd da aktivdir. Onun şəxsiyyət vəsiqəsinin ləğv edilməsinin heç bir hüquqi və məntiqi əsası yoxdur”. Bu açıqlamanı Bizimyol.info saytının sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə verib.

Qeyd edək ki, D18 Vətəndaş Hərəkatının sədr müavini, hüquqşünas S.Ağayeva ötən gün notariusda olarkən ona sistemdə belə sənəd olmadığını deyilib və polisə müraciət etməsi məsləhət görülüb. Bununla bağlı məlumat yayan S.Ağayeva məsələnin aydınlaşdırılmasından ötrü daxili işlər naziri Ramil Usubova müraciət etmək niyyətində olduğunu vurğulamışdı.

DİN mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, qanunvericiliyin tələbinə görə belə yoxlanılmamış şayiə xarakterli məlumatları yaymazdan əvvəl mütləq adiyyatı səlahiyyətli qurumlarla dəqiqləşdirmək lazımdır. “Heç bir dəqiqləşdirmə aparılmayan və hər hansı bir fakta söykənməyən belə yanlış məlumatların KİV-də və sosial şəbəkələrdə yayılmasının polisin işgüzar nüfuz və imicinə xələl gətirməsi və belə bir halın yolverilməzliyi də  həmin xanım hüquqşünasın nəzərinə çatdırılıb.  yolverilməzliyi ictimailəşdirilməsi polisin işgüzar nüfuzuna xələl gətirməkdir. Bu məsələ həmin xanımın da diqqətinə çatdırılıb”.

 

Rəşad VAQİFOĞLU
Son xəbərlər
Bütün xəbərlər »