Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qərb Rusiyaya qarşı sanksiyalara görə Türkiyəyə təzyiqi artırır”
“Qərb Rusiyaya qarşı sanksiyalara görə Türkiyəyə təzyiqi artırır”

ABŞ və Avropa İttifaqı (Aİ) fevralın 24-də Ukraynaya müdaxiləyə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı Türkiyəyə təzyiqləri artırmağa hazırlaşır.

Bizimyol.info xəbər verir ki, Qərb ölkələrindən iki rəsmiyə əsaslanan “Financial Times” qəzetində yer alan xəbərə görə, ABŞ və AB Türkiyədə bank sektorunun qeyri-qanuni maliyyə əməliyyatlarının aparılacağı bir sahəyə çevriləcəyindən və Rusiyanın bank açacağından narahatdırlar.

Xəbərə görə, Qərb rəsmiləri ABŞ-ın Rusiyanın “Mir” adlı yerli ödəmə sisteminə daxil olan Türkiyə banklarına diqqət yetirdiyini, Brüsselin isə narahatlıqlarını birbaşa Türkiyə rəsmilərinə çatdırmaq üçün bir heyət formalaşdırdığını bildirib.

Türkiyənin ən böyük banklarından olan Vakıfbank, Ziraat Bankı, İş Bankı, Denizbank və Halkbank Mir sisteminə daxil olan banklar arasındadır.

“Mir” Rusiya Mərkəzi Bankı tərəfindən “Visa” və “Mastercard”a alternativ olaraq hazırlanmışdır.

Xəbərdə DenizBank və Halkbankın ABŞ-ın İrana qarşı embarqolardan qaçmaq planında oynadıqları rolla məşhurlaşdığı da iddia edilib.

Bildirilir ki, İş Bankı və Denizbank Rusiyaya qarşı sanksiyalara əməl etdiklərini bildiriblər. Halkbank, Vakıfbank və Ziraat Bank isə sualları cavablandırmayıb.

DenizBank qəzetə “Biz sanksiya tətbiq olunan banklarla məşğul olmuruq. Biz Rusiyaya qarşı beynəlxalq sanksiyalara tam əməl edirik”,- deyə bildirib.

Halkbank, Vakıfbank və Ziraat Bank isə şərh tələblərinə cavab verməyib.

İş Bankı isə açıqlamasında, "Biz sanksiyaları yaxından izləyirik və MIR Card əməliyyatlarının bu siyasətə uyğun həyata keçirilməsi üçün lazımi tədbirləri görürük",- deyib.

Xarici İşlər Nazirliyi qəzetə verdiyi açıqlamada Türkiyənin yalnız Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi sanksiya qərarlarını tətbiq etmək siyasətini xatırladıb və “Biz də Türkiyənin qanun pozuntusuna yol verən bir kanal olmasına imkan verməmək siyasətimizi davam etdiririk”,- deyə bildirib.

Xatırladaq ki, ötən ay ABŞ Maliyyə Nazirinin müavini Wally Adeyemo Türkiyə Sənayeçi və İş Adamları Dərnəyinə (TÜSİAD) göndərdiyi məktubda türk şirkət və banklarına Rusiya ilə işləməmələri barədə xəbərdarlıq etmişdi.

Məktubda Rusiyanın Türkiyə vasitəsilə sanksiyalardan yan keçmək istədiyi vurğulanıb və “Türkiyə banklarının ABŞ bankları ilə olduğu kimi sanksiyaya məruz qalan Rusiya bankları ilə də münasibət qura bilməyəcəyi” ifadə edilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »