13 sentyabr tarixində Bakıda İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin və “FemACT” qadınlar fondunun dəstəyi ilə “Gender Hub Azerbaijan” sosial platforması tərəfindən Lənkəran şəhərində həyata keçirilmiş “Gizli hekayələr” - film yaradıcılığı və storitellinq vasitəsilə gender bərabərliyinə nail olunması layihəsinin bağlanış mərasimi baş tutub.
Qeyd edək ki, ümumilikdə üç mərhələdən ibarət olan layihənin əsas məqsədi ölkənin cənub regionlarında yaşayan yaradıcı gənclərin film yaradıcılığı sahəsində bilik və bacarıqlarının genişləndirilməsinə dəstək olmaqla ölkədə sosial bərabərsizlik və gender-əsaslı zorakılıq nəticəsində gənclərin, xüsusən də qadınların üzləşdiyi çətinlikləri qısametrajlı filmlər vasitəsilə təqdim edərək gender bərabərsizliyinə təsir etməkdir. Layihənin hədəfləri bunlardır:
- Azərbaycanda gender-əsaslı bərabərsizliyin bütün formalarını aradan qaldırmaq istiqamətində kreativ həll yolları tapmaqla incəsənəti gender bərabərliyi ilə əlaqələndirmək;
- Gənclərin ideyalarını bədii fəaliyyət vasitəsilə ifadə etməyə təşviq etməklə onların konstruktiv və innovativ düşünmə bacarıqlarını inkişaf etdirmək;
- Cəmiyyəti gender bərabərliyinə çatmaq məqsədilə maarifləndirmək, gəncləri gender-əsaslı mövzularda aktiv iştiraka cəlb etmək və onların gizli hekayələrin ortaya çıxarmaq.
Bağlanış mərasimi İsveçin Azərbaycandakı Səfiri Tobias Lorentzso, İsveçrə Səfirinin Müavini və İsveçrə Əməkdaşlıq Təşkilatının Bakı ofisinin rəhbəri Alberto Hernandez, “FemAct” platformasının təsiçisi Pərvanə Məmmədova, “VarYox” platformasının həmtəsisçisi Sitarə İbrahimbəyli və “Gender Hub Azerbaijan” sosial platformasının həmtəsisçisi Məryəm Məcidovanın və layihənin cənubdan olan iştirakçılarının nitqi ilə davam edib.
Daha sonra mərasim cənublu gənclərin hazırladığı “Qırmızı Xətt”, “Uğultu” və “Axın” qısametrajlı filmlərinin nümayişi, moderatorlarla, eləcə də dəvətli rejissor və kinemotoqrafiya işçiləri ilə birgə mübadilə və qiymətləndirmə müzakirələri ilə yekunlaşdırılıb.
Qeyd edək ki, layihə iştirakçıları mərasimin sonunda sertifikatla təltif olunub