Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BEA: Rusiyanın neft gəlirləri minimuma düşür
BEA: Rusiyanın neft gəlirləri minimuma düşür

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının yeddinci ayında kremilin neft ixracından əldə etdiyi gəlirdə azalma müşahidə edir.

Bizimyol.info xəbər verir ki, nu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında deyilir.

Avqustda Rusiya neft ixracından 17,7 milyard dollar gəlir əldə edib. Gəlir mart ayından bəri ən aşağı həddə çatıb.

Beynəlxalq Enerji Agentliyi qeyd edir ki, Rusiya gəlirlərinin azalmasına səbəb dünya bazarında neftin qiymətinin düşməsi olub. Ekspertlər hesab edirlər ki, Rusiya neftinin ixracı gələcəkdə də təzyiq altında qalacaq. Aİ-nin Rusiya neftinə tətbiq etdiyi embarqo qüvvəyə mindikdən sonra ölkə gündə təxminən 2,4 milyon barel neft və neft məhsulları üçün yeni bazarlar tapmalı olacaq.

OPEC+-ın qeyri-rəsmi formatı 2016-cı ilin noyabrında bir çox neft hasil edən ölkələrin dünya neft bazarındakı qiymətlərdən narazılığı səbəbindən formalaşıb.

OPEC+-a 10 ölkə - Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan daxildir (kartelin əsas istehsalçısı və qeyri-rəsmi lideri Rusiyadır, dünya neft hasilatının 14%-i).

Mayın 31-də Avropa Şurasının prezidenti Çarlz Mişel Aİ liderlərinin Rusiya neftinin ixracına qadağa qoyulması barədə razılığa gəldiyini açıqlayıb.

Avropa Komissiyasının sədri Ursula fon der Leyenin sözlərinə görə, neft embarqosu bu ilin sonuna qədər Rusiyadan Avropa İttifaqı ölkələrinə neft idxalının təxminən 90%-ni azaldacaq.

Bloomberg bildirib ki, Rusiya neft satışından böyük gəlirlər əldə etməyə davam edir.

Avropa İttifaqı 2023-cü ilə qədər Rusiyadan xam və emal olunmuş neftin dəniz idxalına qadağa qoymağı planlaşdırır. ABŞ və müttəfiqləri Rusiya neftinin qiymətini bir barel üçün 40-60 dollar arasında məhdudlaşdırmaq istəyirlər.

Qadir, Bizimyol.onfo

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »