Kral öldü, yaşasın Kral!
- 2022-ci ildir, Böyük Britaniya kimi bir Avropa ölkəsində niyə hələ də “kral” var?
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, onu Böyük Britaniya Krallığı ilə tanısaq da, Elizabet cəmi 16 ölkənin kraliçası idi. 70 ildən artıq hökmranlıq edən II. Elizabet ən uzun müddət hakimiyyətdə olan dövlət başçısı olub. Bir neçə gün öncə vəfat edən Kraliça II. Elizabet ölümü ilə bütün dünyada böyük səs-küyə səbəb oldu. Keçmişinə və Şahzadə Diana ilə münasibətinə görə tənqid olunsa da, onun arxasında yüz minlərlə insan kədərləndi. Kraliça öləndən sonra bəziləri yas tutarkən, bəziləri 1996-cı ildə faciəvi şəkildə dünyasını dəyişən Şahzadə Diananın ölümündə Elizabeti günahlandıraraq, “Bizim Dianadan başqa kraliçamız yoxdur” deməyə başladı.
Qeyd edək ki, Böyük Britaniya əsrlər boyu monarxiya sistemi ilə idarə olunub. Ona görə də xalq öz padşahına və kraliçasına həmişə böyük hörmət bəsləyib. İndi isə, Böyük Britaniya “konstitusion monarxiya” sistemi ilə idarə olunur. Yəni dövlətlə bağlı qərar qəbul edərkən bütün güc parlamentdə olur və kral ailəsi yalnız simvolik xarakter daşıyır. Kral və ya kraliçanın “simvolik” dövlət başçısı adlandırılmasının səbəbi isə, seçkidə qalib gələn partiya liderinin hökuməti qurmaq və qanunların qəbuluna razılıq verməkdən başqa, yalnız mərasimlərdə görünməlidir. Bütün qanunlar 1708-ci ildən bəri qəbul edilib. Yeni qanunların ratifikasiyasında da son söz tacdadır. Bu, padşah və kraliçanın çox səlahiyyətə malik olmadığının bir daha sübutudur.
- Bəs niyə hələ də krallıqsistemi mövcuddur?
Məsələnin mahiyyəti əslində bir neçə çox sadə səbəbə əsaslanır. İlk olaraq, kral və kraliça bütün Böyük Britaniyada sevilir. Belə ki, kraliça sağ ikən etdiyi hərəkətlərə görə tənqid hədəfinə çevrilsə də, ölümü yüz minlərlə insanı kədərləndirdi.
Böyük Britaniya, təkcə Böyük Britaniyanı əhatə etmir. İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya ilə birlikdə 4 təsisçi ölkə və 16 ərazidən ibarətdir. Kral sistemi 1600-cü illərdən bəri ölkələri və bölgələri birləşdirən bir qüvvədir. Ancaq başqa bir səbəb, kral ailəsindən olan hökmdarların xalqa etimad verməsidir. Çünki kral və ya kraliça olan insanlar ömür boyu kral həyatında olurlar.
Təbii ki, biznesin ənənəvi hissəsi də var. Medal və təqdimat mərasimləri, kral toyları və təbii ki, tacqoyma mərasimləri təkcə Böyük Britaniyada deyil, dünyada diqqətdə olan ənənələrə çevrilib. Bu gün Böyük Britaniya xalqı bu ənənələrə çox bağlıdır.
Bununla yanaşı, fərqli düşünənlər də var. Kral mərasimlərinin bütün iştirakçılarının xərcləri dövlət xəzinəsindən ödənilir. Hər kəsin bildiyi kimi, tədbirlər və mərasimlər üçün heyrətamiz xərclər olur. Bu xərclər də zaman-zaman ictimai qınaq doğurur. Hətta etirazların da şahidi oluruq. Əslində, əhalinin təxminən 18 faizi dövlət idarəetmə sisteminin dəyişməsini istəyir. Vəziyyətdən Böyük Britaniya əhalisinin əksəriyyəti məmnundur. Çünki kral ailəsinə böyük sədaqət var. Yəni belə gəldi, belə gedəcək…
Tərcümə: İlahin, Bizimyol.info