Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri Erməistan silahlıları tərəfindən atəşə tutulur.
Bizimyol.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Bildirilir ki, sentyabrın 14-ü saat 14:44-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülür.