Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail seçkiləri: Netanyahu hakimiyyətə qayıda bilər
İsrail seçkiləri: Netanyahu hakimiyyətə qayıda bilər

İsraildə qarşıdan gələn seçkilərlə bağlı keçirilən rəy sorğusuna əsasən, keçmiş baş nazir və Likud Partiyasının sədri Benyamin Netanyahu cəbhəsi parlamentdə 60, müvəqqəti baş nazir Yair Lapidin rəhbərlik etdiyi “Gələcək Var Partiyası”nın rəhbərlik etdiyi alyans isə 55 mandat qazanıb.

Bizimyol.info xəbər verir ki, İsrail İctimai Yayım Təşkilatı (KAN) adından iki gün əvvəl keçirildiyi bildirilən rəy sorğusunun nəticələri açıqlanıb. İctimai rəyin nəticələrinə görə, Netanyahunun rəhbərlik etdiyi cəbhədə yer alan Dini Sionizm partiyasının 12, Şas 9, Birləşmiş Tövrat Yəhudilik partiyasının isə 7 yer alacağı gözlənilir.

Digər tərəfdən, Lapidin başçılıq etdiyi Gələcək Partiyasının olduğu üzə çıxsa da, rəy sorğusunda ilk dəfə 24 mandat qazanacaq və onun parlamentdəki digər partiyalarla birlikdə cəmi 55 mandat alacağı açıqlanıb.

Bildirilir ki, İsraildə 3 ərəb partiyasının təşkil etdiyi Birləşmiş Ərəb Siyahısının rəy sorğusuna görə, 5 yer tutacağı gözlənilir. Birləşmiş Ərəb siyahısı Netanyahuya qoşulmaqdan imtina etsə də, Lapidin quracağı hökumətdə olacağına dair hələ heç bir işarə verməyib.

Məlumat üçün bildirək ki, Netanyahu cəbhəsində Likud, Dini Sionizm, Şas və Birləşmiş Tövrat Yəhudiliyi partiyaları var. Müxalifət cəbhəsində isə “Yeni Ümid”, “İsrail bizim evimizdir”, “Yamina”, “Gələcək var”, “Mavi və Ağ”, “Əmək”, “Meretz” partiyaları və “Birləşmiş Ərəb siyahısı” partiyaları var.

Bildirilir ki, hökuməti formalaşdırmaq üçün parlamentdəki 120 deputatdan ən azı 61-i etimad səsi almalıdır.

Qeyd edək ki, seçkilər gələn noyabrın əvvəlinə təyin edilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »