Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göygöl rayonunda yerləşən faydalı qazıntı yatağı hərraca çıxarıldı
Göygöl rayonunda yerləşən faydalı qazıntı yatağı hərraca çıxarıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirildi.

Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında keçirilən hərracda 1 lot üzrə “Çaykənd” bazalt yatağı satışa çıxarıldı. Başlanğıc qiyməti 354800 manatdan başlayan yatağın xammalı olan bazalt süxurları, daş yunu istehsalı üçün yararlıdır. Qeyd edək ki, yatağın qiyməti onun ehtiyat həcminə görə müəyyənləşir.

Hərracda “Azerbazalt Elmi – İstehsalat Birliyi” MMC qalib gəldi.

Hərraclar və digər yeniliklər haqqında son xəbərləri agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.

Son xəbərlər
Bütün xəbərlər »