Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya itirdiyi əraziləri uzaqdan raketlərlə atəşə tutur
Rusiya itirdiyi əraziləri uzaqdan raketlərlə atəşə tutur

Ukrayna prezidenti Vladimir Putin sentyabrdan bəri 6 min kvadrat kilometr ərazini geri aldıqlarını açıqlayıb. İndi cənubda hücum gözlənildiyi üçün ekspertlər bu fikirdədirlər ki, Ukrayna ordusu irəlilədikcə yeni əraziləri saxlamaqda daha çətin anlar yaşayacaq.

Bizimyol.info xəbər verir ki, son bir həftədir şərq əyalətlərində sürətlə irəliləyən Ukrayna ordusu cənuba doğru xeyli irəliləyib. Xarkov və İzyum kimi iki kritik vilayəti ələ keçirən Ukrayna bir tərəfdən şərqdə əks-əməliyyatını davam etdirir, digər tərəfdən isə Ukraynanın içindən cənuba yeni birlik köçürülməyə başlanıb. Müşahidəçilər bildiriblər ki, Zaporojye istiqamətində çoxlu sayda tank yerləşdirilib və qarşıdurmaların yaxın günlərdə Donetskdən cənub əyalətlərinə keçəcəyi gözlənilir.

Ukrayna prezidenti Vladimir Zelenski ötən gecə verdiyi açıqlamada sentyabrın əvvəlindən ölkənin şərqində və cənubunda 6 min kv.km-dən çox ərazinin Rusiyadan geri alındığını və irəliləyişlərin davam edəcəyini bildirib.

Digər tərəfdən, hərbi ekspertlər bu qənaətdədirlər ki, Ukrayna ordusu mövqelərini artırdıqca bu əraziləri saxlamaqda və cəbhə xəttinə maddi-texniki dəstək verməkdə getdikcə daha çox çətinlik çəkəcək. AFP və New York Times media qurumlarına danışan ekspertlər yerli logistik mərkəzlərdən uzaqlaşdıqca ukraynalıların da Rusiya ordusu kimi çətinliklər yaşamağa başlayacağını bildiriblər. Digər tərəfdən, yavaşlama variantı qış aylarının yaxınlaşması və hər iki tərəfin aylarla gözləməli olacağı anlamına gələ bilər.

Xatırladaq ki, quruda geri çəkilməli olan Rusiya uzaqdan raket hücumlarını gücləndirib. Ötən gecədən başlayan və dünən bütün gün davam edən intensiv bombardmanla Rusiya bir müddət əvvəl itirdiyi bölgələri vurub. Bundan əlavə, Moskva “məqsədlərinə çatana qədər müharibəni davam etdirəcəklərini” bir daha bəyan edib.

Onu da əlavə edək ki, ABŞ Rusiyanın xarici işlər naziri Sergey Lavrova və onun nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak etmək üçün viza verib. Daha əvvəl sayının 56 nəfər olduğu açıqlanan nümayəndə heyətindən neçə nəfərin viza aldığı açıqlanmayıb.

Məlumat üçün bildirək ki, işğal səbəbindən tətbiq edilən sanksiyalara baxmayaraq, ABŞ üzv ölkələrin nümayəndə heyətlərinə səyahət qadağası qoya bilməz.

Son olaraq əlavə edək ki, sentyabrın 20-26-da Nyu-Yorkda BMT-nin iclasları keçiriləcək.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »