Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dəfn mərasimində Ərdoğan və Salmana etirazlar ola bilər" - İngiltərə mətbuatı
"Dəfn mərasimində Ərdoğan və Salmana etirazlar ola bilər" - İngiltərə mətbuatı

70 ildən artıq taxtda olan kraliça II Elizabetin dəfni Britaniya və dünya ictimai rəyinin gündəmindən düşmür.

Bizimyol.info xəbər verir ki, Şotlandiyanın Balmoral qəsrində 96 yaşında vəfat edən Kraliça Elizabetin gələn həftə keçiriləcək və yalnız “2000 VİP”in qatılacağı dəfn mərasiminə qatılacaq adlar ortaya çıxmağa başlayıb.

İngilis Daily Mail qəzeti qrafik hazırlayaraq dəfn mərasiminə qatılacaq və gəlməyəcək şəxslərin adlarını da sadalayıb.

Qəzetin məlumatına görə, ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Kanada baş naziri Castin Trudeau və Yeni Zelandiyanın baş naziri Casinda Ardern mərasimdə iştirak edəcək adlar siyahısındadır.

“Avropadakı kral ailələrinin üzvləri, Yaponiya imperatoru və Braziliya lideri Jair Bolsonaro və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edəcək şəxslər arasındadır.

Əgər ifrat sağçı lider Bolsonaro və Türkiyə lideri Londonda keçiriləcək mərasimə qatılacaqsa, etiraz aksiyası ola bilər. Bu etiraz Səudiyyə Ərəbistanı vəliəhdi Salman və Məktumun dəvəti ilə daha da böyüyə bilər”,- deyə qəzet yazır.

Məlumata görə, Böyük Britaniyanın baş naziri Uinston Çörçillin 1965-ci ildə dəfnindən sonra ən böyük dəfn mərasimi olacağı gözlənilən mərasimə Rusiya prezidenti Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko və Myanma lideri qatılmayacaq.

Digər tərəfdən, Suriya prezidenti Bəşər Əsəd və Şimali Koreya lideri Kim Çen Inla bağlı heç bir açıqlama verilməyib. Bu iki adın dəvət edilib-edilmədiyi məlum deyil və bu iki liderin dəfn mərasimində iştirak etməyəcəyi gözlənilir.

İranın ruhani lideri Xamneyi və prezident Rəisinin Londona dəvət olunmayacağı açıqlansa da, mərasimdə İranın Londondakı səfirinin də iştirakının gözlənildiyi qeyd edilib. Digər tərəfdən, Bukingem Sarayı hələ qonaq siyahısı ilə bağlı rəsmi açıqlama verməsə də, iştirakçıların siyahısının yaradılması haqqında məlumatlar var.

Bundan əlavə, Çin lideri Xi Jinping və Hindistanın baş naziri Narendra Modinin də dəvətə qatılıb-qatılmayacağı hələ məlum deyil.

Qeyd edək ki, Britaniya mediası da Xi Jinpingin son illərdə ölkəsini nadir hallarda tərk etdiyini vurğulayıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »