Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: "Ukrayna əhəmiyyətli uğur əldə edib, bu, uzun bir yol olacaq"
Bayden: "Ukrayna əhəmiyyətli uğur əldə edib, bu, uzun bir yol olacaq"

ABŞ prezidenti Joe Biden deyib ki, Ukrayna müharibə səylərində "əhəmiyyətli irəliləyiş əldə edib", lakin onun "gedəcək çox yolu var".

Bizimyol.info xəbər verir ki, o, çərşənbə axşamı Delaverdə jurnalistlərin suallarını cavablandırıb.

Ondan Ukrayna hakimiyyətinin münaqişənin gedişində “döyüş nöqtəsinə” gəlib-gəlməməsi ilə bağlı sual verilib:

"Bu cavabsız sualdır. Bunu demək çətindir. Aydındır ki, ukraynalılar əhəmiyyətli irəliləyiş əldə ediblər. Lakin bu, uzun bir yol olacaq", - deyə Ağ Evin mətbuat xidməti dövlət başçısının sözlərindən sitat gətirib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov sentyabrın 10-da bildirib ki, Donbasın azad edilməsi üzrə xüsusi hərbi əməliyyatın bəyan edilmiş məqsədlərinə nail olmaq üçün onlar Balakleya və İzyum bölgələrində yerləşdirilən rus qoşunlarını yenidən qruplaşdırmaq qərarına gəliblər. Onun sözlərinə görə, bu, Donetsk istiqamətində səylərin artırılması üçün lazımdır.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin qəbul etdiyi qərarla Ukraynada "xüsusi hərbi əməliyyat" elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər isə ölkənin demilitarizasiyası və denazifikasiyasıdır.

Lakin hadisələrin gedişatı göstərdi ki, Rusiya Ukraynada işğal siyasətini həyata keçirir. Qərb Kremilin Ukraynaya qarşı müharibə qərarına cavab olaraq, Rusiyaya tədricən çoxsaylı və irimiqyaslı sanksiyalar tətbiq etməyə başladı. Qərb dövlətləri Kiyevə on milyardlarla dollar məbləğində silah, hərbi texnika və maliyyə yardımı edib. Öz növbəsində, Moskva bunu Qərbin Rusiyaya qarşı iqtisadi müharibəsi kimi dəyərləndirir.

Davam edən müharibənin ilk altı ayı ərzində müdafiə olunan Ukrayna ordusu sentyarın əvvəlindən əks-hücum əməliyyatlarına başlayıb. Ukrayna müdafiə Nazirliyinin verdiyi məlumata görə, 300 dən çox yaşayış məntəqəsi işğaldan azad edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »