Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvanın Ukraynadakı "hakimiyyət" rəhbərləri gizlicə Rusiyaya köçürlər - Kəşfiyyat
Moskvanın Ukraynadakı "hakimiyyət" rəhbərləri gizlicə Rusiyaya köçürlər - Kəşfiyyat

Ukrayna hərbçilərinin uğurlu hərəkətləri müvəqqəti işğal olunmuş Krımın və ölkənin cənubunun qondarma “hakimiyyət”lərini öz ailələrini təcili olaraq Rusiyaya köçürməyə məcbur edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

“Əhalinin yarımadada qalma təhlükəsizliyi ilə bağlı verdiyi təminatlara baxmayaraq, Krımın qondarma administrasiyasının nümayəndələri FTX zabitləri və bir sıra hərbi hissələrin komandirləri tabeliyində olanlardan gizli olaraq mənzillərini satmağa və yaxın qohumlarını təcili olaraq yarımadadan çıxarmağa çalışırlar. Rəhbər şəxslər bu köçü gizli etməyə çalışsalar da, bundan xəbər tutan əhali təşvişə düşüb. Qorxudulmuş rus əlilli insanlar rəhbər şəxslərdən həyatlarına qarant istəyirlər. Əks halda köçməyi düşünürlər”, - deyə məlumatda bildirilir.

Eyni zamanda, məlumatda o da qeyd edilir ki, işğalçılar mənzil alqı-satqısı üzrə əqdlərin bağlanmasına qadağa qoyub. Həmçinin Krım körpüsü ilə hərəkətə məhdudiyyətlər qoyulub və Ukrayna ordusunun uğurlu əks-hücum hərəkətləri haqqında məlumatların əldə edilməsinə hər cür mane olmağa çalışırlar.

Ukrayna Silahlı Qüvvələrinin cənubda əks-hücum əməliyyatı davam edir. Hücum əməliyyatı başlayandan müdafiəçilər cəbhə xəttini 12 kilometr irəli apara biliblər. Lakin Ukraynanın Xarkov vilayətində əks-hücum etməsi ruslar üçün xoşagəlməz sürpriz oldu. Pentaqon qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri işğalçıların əksəriyyətini Ukraynadan sıxışdırıb çıxarıb, İzyum və Kupyanski azad edib.

İşğal olunmuş ərazilərdə Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ruslar tərəfindən işgəncələrə məruz qalan zindanları və vətəndaşları tapmaqda davam edir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »