Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan odla oynayır"
"Ermənistan odla oynayır"

“Biz Ermənistanı qınayırıq. 30 ildir haqsız yerə işğal etdikləri Azərbaycan torpaqlarını məğlubiyyət nəticəsində tərk edən Ermənistan yenidən bölgədə iğtişaşlar yaratmağa başlayıb”.

Bu barədə Bizimyol.info xəbər portalına İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu danışıb. O, qeyd eidb ki, Ermənistan odla oynayır.

İSTAD başqanı Səfər Qaraqoyunlu İSTAD başqanı Səfər Karakoyunlu

“Bölgədə sülh və əmin-amanlıq davam etməli olduğu halda, sərhəd bölgəsində təqib atəşləri və mina basdırmaq cəhdləri səngimir. Bu vəziyyət bütün Türklərə, eləcə də sülhdən, tolerantlıqdan, sabitlikdən danışan Azərbaycana mənfi təsir edir”,- deyə Qaraqoyunlu bildirib. Onun sözlərinə görə, 10 noyabr 2020-ci ildə imzalanmış sülh sazişi hər iki ölkə ilə birlikdə regionun gələcəyi və sabitliyi üçün çox vacibdir. Ancaq bu əhəmiyyəti dərk edə bilməyən Ermənistan; Daşkəsən, Kəlbəcər, Laçında və sərhəd bölgəsində geniş təxribat xarakterli aksiyalar həyata keçirir. Bu hücumlar, təxribatlar regionun gələcəyinə və sabitliyinə xələl gətirir.

“Bölgədə sülhün və sabitliyin davamı üçün zeytun budağı uzadan Azərbaycanı dəstəkləyir, yanlış münasibət sərgiləyən Ermənistanı və bu vəziyyətə göz yuman havadarlarını qınayırıq” - deyə Səfər Qaraqoyunlu əlavə edib.

Xatırladaq ki, ötən gün gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

İradə Cəlil, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »