Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna XİN Azərbaycan və Ermənistan sərhədində yaranmış vəziyyəti şərh edib
Ukrayna XİN Azərbaycan və Ermənistan sərhədində yaranmış vəziyyəti şərh edib

Ukrayna Azərbaycan və Ermənistan sərhədində vəziyyətin inkişafını diqqətlə izləyir və tərəfləri münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq siyasi və diplomatik yolla, xüsusilə də beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində dövlətlərin suverenliyinə və ərazi bütövlüyünun qorunması daxilində həllinə çağırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenkonun şərhində deyilir.

“Eyni zamanda, biz Rusiya Federasiyası tərəfindən hər hansı vasitəçilik və sülhməramlı səylərin əhəmiyyətsizliyini qeyd edirik. Bu da onların bölgədə öz öhdəliklərini yerinə yetirməkdə acizliyini bir daha nümayiş etdirir.

Ukrayna Xarici İşlər Nazirliyi ukraynalıları hələlik Qarabağa səfər etməkdən çəkinməyə, artıq regionda olanları isə hərbi fəaliyyət olan yerlərindən uzaqlaşmağa çağırır.

Ukrayna mətbuatı daha əvvəl xəbər verib ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan və Ermənistan sərhədində toqquşma baş verib. Bakı İrəvanı dövlət sərhədində genişmiqyaslı təxribat törətməkdə ittiham edib.

Bildirilir ki, gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qrupları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təchizat yollarını minalayıb. Toqquşmalar nəticəsində hərbi infrastruktura ziyan dəyib, şəxsi heyət arasında itkilərin olduğu məlumdur.

ABŞ Azərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşməsinə reaksiya verib. Dövlət katibi Entoni Blinken narahatlığını ifadə edib. Blinkenin fikrincə, münaqişənin hərbi yolla həlli ola bilməz.

Bu gün səhər məlum olub ki, yerli vaxtla saat 9:00-dan başlayaraq Ermənistan və Azərbaycan arasında atəşkəs barədə razılıq əldə olunub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »