Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın hazırlıqsız olduğunun bir daha şahidi olduq"
"Rusiyanın hazırlıqsız olduğunun bir daha şahidi olduq"

Almaniya qəzetləri artıq Ukraynanın bu müharibədə qələbə qazandığını, Vladimir Putinin isə məğlub olması barədə məlumatlar yayır. Məlumata görə, İzyumun kənarında və Kupjansk şəhərinin mərkəzind artıq sarı və mavi Ukrayna bayrağı asılıb. Bir neçə gün ərzində Kiyev qoşunları böyük əraziləri geri alıblar. Bazar günü isə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov hökumətinin danışıqlara hazır olduğunu bir daha vurğulayıb.

“Rusiya Ukrayna ilə danışıqlara qarşı deyil, lakin proses nə qədər yubanarsa, razılığa gəlmək bir o qədər çətinləşir” - deyə Lavrov bildirib.

“Artıq Ukrayna-Rusiya arasında olan müharibəni NATO və Rusiya, Qərb və Rusiya arasında qarşıdurma adlandırmaq lazımdır. Bu məsələdə Rusiya öz sərhədlərindən NATO-nu uzaqlaşdırmağa, NATO isə əksinə öz sərhədlərini genişləndirməyə çalışır. Qarşısına qoyduğu məqsədlərdən biri daha çox NATO-ya üzv toplamaq , eyni zamanda Rusiyanın sərhədlərinə yaxınlaşmaqdır. Rusiya da vəziyyəti dərk edir. Ukrayna, bu məsələlərdə bir vasitə kimi seçilib. Çünki həm Qərbə, həm Rusiyaya yaxın, dənizə, suya, quruya çıxışı olan ən ciddi dövlətlərdən biridir”.

Arzu Nağıyev Arzu Nağıyev

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzu Nağıyev danışıb. Onun sözlərinə görə, bu gün artıq Ukraynanın qələbəsi ilə nəticələnə biləcək məsələ Donbasda ölüm-dirim məsələsi ola bilər. Çünki Rusiya ciddi cəhdlə çalışacaq ki, Donbasdan çıxmasın. NATO və eyni zamanda Ukrayna çalışacaq ki, Donbasda qalsın və işğal olunmuş torpaqlarını geri qaytarsın: “Bu, eyni zamanda Krıma da aiddir. Çox ciddi hərbi baza olan Balaklava, Sevastopol, Ylatada və digər istiqamətlərdə çalışacaq ki, Odessaya qədər, ümumiyyətlə dənizdən dənizə qədər bütün əraziləri işğaldan azad etsin. Əsas məqam bundan ibarətdir”.

Deputat qeyd edib ki, birmənalı şəkildə hansısa Qərb KİV-nin Ukraynanın qələbəsi haqqında yazması qızışdırıcı mövqedə ola bilər.

“Doğrudan da Rusiyanın hazırlıqsız olduğunun bir daha şahidi olduq. Ukrayna öz vətənini qorumaqdadır. Öz torpaqlarının azad edilməsi üçün hərtərəfli müharibə, mübarizə aparır. Eyni zamanda Qərbin ciddi dəstəyi var. Bütün ordunun Qərb standartlarına uyğun hazırlanması, vətəndaşların da vətənpərvərlik ruhunun çox yüksək olması göz qbağındadır” - deyən Nağıyev qeyd edir ki, lakin bu gün "Ukrayna tam qələbə çalıb" deyilməsi üçün hələ tezdir. Bu səbəbdən də, Rusiya da KİV-də generalitet açıqlama verir. Donbasdan və digər ərazilərdən çıxmaq, istər İzyum olsun, istər digər yaşayış məntəqələri, Xarkovun yaşayış məntəqələri olsun, burada dislokasiya - yerini dəyişmək kimi izah edir. Lakin ciddi ekspertlər hiss edir və görünür ki, Rusiya ordusu mütəşəkkil Ukrayna ordusu ilə üz-üzə gəlib.

“Sadəcə olaraq nüvə silahları olmasaydı, bu müharibəyə çoxdan son qoyulmuşdu. Çünki Rusiayaya ciddi sanksiyalar tətbiq edilir. Rusiya, iqtisadi-siyasi hərbi cəhətdən sıxılır. Bu da vətənpərvəərlik ruhunun Rusiyada düşməsinə gətirib çıxarır. Vətəndaşların rifahının aşağı salınmasına gətirib çıxarır” - deyən deputatın fikrincə, birmənalı şəkildə Ukrayna üstünlüyü əldə edib. Amma bu hələ müharibənin sonu demək deyil. Müharibə davam edir və yaxın gələcəkdə də sülhə nail olmaq perspektivi görünmür.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »