Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın uğurları dünyanı heyrətləndirib: "Heç kim bu qədər gözləmirdi"
Ukraynanın uğurları dünyanı heyrətləndirib: "Heç kim bu qədər gözləmirdi"

Ukrayna prezidenti Vladimir Zelenski müharibənin son vəziyyəti ilə bağlı açıqlama verib. O, Rusiyanın hücumları qarşısında işğal edilmiş torpaqların əks-hücumlarla geri alınmağa başladığını bildirib.

Bizimyol.info xəbər verir ki, Zelenski sentyabrda qoşunların şərq və cənubda Rusiyanın nəzarətində olan 6 min kvadrat kilometrdən çox ərazini geri aldığını açıqlayıb.

Tarixdə heç bir dövlətin Rusiyanın etdiklərini təkrarlamadığını bildirən edən Zelenski Zaporojye Atom Elektrik Stansiyası ətrafında baş verənlərlə bağlı bu ifadələri işlədib: “Zaporijya Atom Elektrik Stansiyasında radiasiya terroru var. Rusiyanın təxribatları və zavodun ərazisini bombalaması Ukraynanı və bütün Avropanı radiasiya fəlakətinin astanasına gətirib. Dünyanın bir çox ölkələri enerji resurslarının, elektrik və istilik enerjisinin qiymətlərinin kəskin artmasından əziyyət çəkir. Rusiya bilərəkdən Avropanın qaz bazarında sabitliyi pozur. Bu, Rusiyanın çox həyasız və tamamilə məqsədli taktikasıdır. Xoşbəxtlikdən, tərəfdaşlarımız olan Birləşmiş Millətlər Təşkilatı və Türkiyə ilə birlikdə taxıl ixracı təşəbbüsünü irəli sürə bildik. Rusiya limanlarımızın blokadasını götürməli oldu. Amma indi yenidən blokada təhlükəsi yaradır”,- deyə bildirib.

Rusiya qoşunlarının çıxarılması və Ukrayna ordusunun sürətlə irəliləməsi dünya ictimai rəyini heyrətə salıb. Çünki bir çox hərbi ekspertlər belə sürətli irəliləyiş gözləmirdi.

BBC-yə danışan ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutundan (ISW) Mason Clark bildirib ki, son vəziyyət çoxlu texnikanı tərk etməli olan Rusiya qoşunlarının “tam məğlubiyyəti” deməkdir.

Bundan əlavə, BBC-nin Müdafiə müxbiri Conatan Bile Kiyevin müharibənin altı ayında əldə etdiyi bu uğurun fonunu araşdırıb və Kiyevi gözləyən təhlükələri sadalayıb: “Ukraynanın sürprizlər etmək bacarığı bu müharibəyə damğasını vurdu. Rusiyanın Kiyevdən çəkilməsi və Krımda son hücumlar... İndi ölkənin şərqində daha bir sürpriz var. Qazanan tərəf Ukraynadır. Və bir neçə gün ərzində minlərlə kvadrat kilometr ərazi geri alınıb.

Ən böyük uğur Xarkov şəhərinin şərqində əldə edilib. Böyük Britaniya kəşfiyyatının son hesabatları göstərir ki, Ukrayna London şəhərindən iki dəfə böyük olan ərazini geri alıb. Lakin jurnalistlər ərazidən kənarda saxlanıldığından irəliləyişin tam aşkar edilməsi çətindir.

Ukrayna strateji əhəmiyyətli İzyum və Kupyansk şəhərlərini ələ keçirdiyini elan edib. Bu şəhərlər Rusiya tərəfindən Donbasdakı qoşunları hərbi təchizatla təmin etmək üçün bazaya çevrilib. Təkcə bu, Moskvanın hərbi məqsədlərinə ciddi zərbə vuracaq.

Şərqdə irəliləyiş çoxdan elan edilmiş cənub Xerson hücumundan daha sürətli uğurlarla nəticələnib.

Ukrayna cənubda hücumu çoxdan elan etmişdi, lakin şərqdəki hücum planına susur. Bu gün deyəsən, bütün bunlar bir planın tərkib hissəsi idi. Cənub hücumu təxribat hücumu deyildisə, şərqdəki hücuma hazırlığın bu yolla gizlədilməsi nəzərdə tutulurdu.

Hazırda Ukraynanı gözləyən təhlükə Rusiyanın müharibənin əvvəlində üzləşdiyi təhlükəyə bənzəyir. Fərqli cəbhələrdə irəliləmək səyi döyüş sursatı, təchizat və qoşun baxımından baha başa gələ bilər. Əldə edilən sahənin ölçüsü tədarük məsafəsinin də uzadılması deməkdir. Bu məsafə açılsa, müdafiə tərəfi bundan yararlana bilər.

Eyni şəkildə, məsafənin açılması qoşunların cəbhə xəttində mühasirəyə alınması ilə nəticələnə bilər.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov da onun şərqdəki qoşunlarının təhdid altında olması ilə razılaşır.

Ukraynanın iki cəbhədən hücumu hələ də risklidir. Problemlər çox tez yarana bilər”.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »