Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ötən gecə Azərbaycanla atışmada 49 hərbçimiz ölüb" - Paşinyan
"Ötən gecə Azərbaycanla atışmada 49 hərbçimiz ölüb" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bəyan edib ki, ötən gecə Azərbaycanla sərhəddə baş vermiş atışma nəticəsində 49 Ermənistan hərbçisi ölüb.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Hazırda Müdafiə Nazirliyinin məlumatına görə, bizdə 49 ölü var, lakin bu rəqəmlər yekun deyil, arta bilər",- deyə o, parlamentdə fövqəladə iclasındakı çıxışı zamanı verdiyi bəyanatda edib.

Paşinyan bildirib ki, Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə bağlı hərbi əməliyyatlara başlayıb. "Azərbaycan Brüsseldə bizim sülh danışıqları ilə bağlı təkliflərimizi müzakirə etmək fikrində olmadığını bidirmişdi",- deyə baş nazir Azərbaycana böhtan atmaqdan da çəkinməyib.

Üçtərəfli bətanatın heç bir bəndinə könüllü olaraq əməl etmək istəməyən Ermənistanın hansı "sülh danışıqları ilə bağlı təklifləri" olduğu da müəmma olaraq qalır. Çünki onlar Azərbaycanın əzəli torpaqlarını işğal etdiklərini hec bir sənədlə ört-bastır edə bilmirlər. Hüquqi əslarla heç nəyə nail ola bilməyəcəyini anlayan Ermənistan təxribat və böhtan kamtaniyasını gücləndirmək qərarına gəlib.

Paşinyan deyib ki, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının iclası keçirilir.

"Bildiyiniz kimi, biz KTMT-yə müraciət etmişik, hazırda KTMT Daimi Şurasının iclası keçirilir. Biz Rusiya Federasiyasına və BMT Təhlükəsizlik Şurasına da müraciət etmişik", - deyiə Paşinyan qeyd edib. Lakin o, cəbhədə gərginliyin Ermənistan silahlıları tərəfindən pozulduğunu dilə gətirməyib.

Qeyd edək ki, ötən gecə cəhhədə baş vermiş atışma ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat verb.

Bildirilir ki, regionda yeganə təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir. Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır.

Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »