Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyalı deputat: "Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün şərtimiz var"
Suriyalı deputat: "Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün şərtimiz var"

Türkiyə hökumətinin Suriyada Bəşər Əsəd administrasiyası ilə dialoqa açıq qaldığına dair açıqlamalar gündəmdə qalmaqdadır.

Bizimyol.info xəbər verir ki, Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçən ay verdiyi açıqlamada, “Əsədi məğlub edib-etməməkdə problemimiz yoxdur. Dövlətlər arasında siyasi dialoq və ya diplomatiya kəsilə bilməz”,- deyə bildirib.

Bundan əlavə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Suriya ilə Türkiyə kəşfiyyat təşkilatları arasında təmasların olduğunu, Türkiyənin Suriya ilə dialoq üçün ilkin şərtlərinin olmadığını bildirib.

Bunun ardınca Suriya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Butrus əl-Mərcan Rusiyanın “İzvestiya” qəzetinə Türkiyə ilə yaxınlaşma imkanlarından danışıb. Suriyanın Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu qeyd edən əl-Mərcan bunun üçün müəyyən şərtlərinin olduğunu bəyan edib.

Suriyalı deputat deyib ki, yaxınlaşma üçün Ankara Suriyanın şimalında hərbi mövcudluğuna son qoymalı və Suriya torpaqlarında “terror təşkilatlarına” verdiyi dəstəyi geri götürməlidir. Əl-Mərcan “ilk növbədə Türkiyə etiraf etməlidir ki, başqasının torpağına təcavüz edib və BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı sayılan qruplara sığınacaq verib. O, həmçinin Suriya ərazisindən də çıxarılmalıdır. Bundan sonra Suriya əlaqələri inkişaf etdirməyə hazır olacaq”,- deyə vurğulayıb.

Əl-Mərcan Türkiyə ilə münasibətlərin yaxşılaşmasına bəzi ciddi maneələrin olduğunu və Türkiyə ilə Suriya arasında təhlükəsizlik sahəsində müəyyən təmasların olduğunu bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »