Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ordusu Ukraynadan qaçır: “Tank gəldi, içinə 50 nəfər doluşdu”
Rusiya ordusu Ukraynadan qaçır: “Tank gəldi, içinə 50 nəfər doluşdu”

Ukrayna müharibəsinin xarakteri dəyişib. “Ev sahibi” əks-hücuma keçib. Ukrayna silahlı qüvvələri Rusiya ordusunu bütün cəbhə boyu qovur. Şəhərlər, kəndlər bir-birinin ardınca geri qaytarılır. Balakleya da belə yaşayış məntəqələrindəndir. Xarkov vilayətində İzyumla yanaşı, bu şəhər də Rusiya ordusunun nəzarətindən çıxıb.

Bizimyol.info xəbər verir ki, Balakleya sakinləri azad nəfəs almağa başlayıb. Şəhərə Ukrayna silahlı qüvvələrinin hərbçiləri ayaq basıb. İndi yerli insanlar jurnalistlərlə də rahat danışa bilirlər. Balakleya sakini Anna Qorbel rusiyalı hərbçilərin necə qaçdığını görüb. Onun sözlərinə görə, düşmən ordusunun nümayəndələri şəhəri tələm-tələsik tərk ediblər.

“Ukrayna silahlı qüvvələri əvvəlcə Balakleyanın cənub-qərb hissəsini azad etdi. İşğalçılar boz bulud kimi oradan yox oldular. Tank gəldi, içinə 50 nəfər doluşdu. Təcili tibbi yardım maşınında qaçırdılar. Nə olur-olsun, qaçmaq haqqında düşünürdülər. Əşyalarını yığmağa da imkan tapmadılar. İnsanların əlindən maşınlarını alıb qaçırdılar”.

Anna Qorbel deyir ki, Balakleya işğal olunanda xeyli insan əsir götürülmüşdü. Həmin şəxslər əməkdaşlığa məcbur edilirdi. “Postlar qurmuşdular, orada hamını yoxlayırdılar. Kimdə vətənpərvərlik ruhunda döymə görsələr, cəzalandırırdılar. Gənc həkimi işdən qayıdanda öldürmüşdülər”.

Balakleya müharibənini ilk günlərində, martın 3-də işğal olunmuşdu. Şəhər meri İvan Stolbovoy rusiyalılarla əməkdaşlığa razılıq vermişdi. Bir çox yerdə Rusiya bayraqları asılmışdı. Ukrayna silahlı qüvvələri burada əks-hücuma sentyabrın 6-da başlamışdı. Üç tərəfdən böyük həmlələr görən Rusiya ordusu şərqə doğru geri çəkilməli olmuşdu. Sentyabrın 8-də şəhərdə Ukrayna bayraqları bərpa olunub.

Rusiya ordusu Ukraynada təxminən 53 min hərbçisini itirib. Yaralananların sayı 100 min nəfəri keçib. 2168 tank, 1580 artilleriya sistemi sıradan çıxıb. Rusiya Müdafiə Nazirliyi itkilər barədə susmağa üstünlük verir.

Tərəflər martdan sonra danışıqlar prosesini dayandırıb. İndi daha çox Ukrayna buna maraq göstərmir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »