Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barışıq olmayacaq, Putin müharibədə uduzmalıdır”
“Barışıq olmayacaq, Putin müharibədə uduzmalıdır”

Rusiya ordusu Ukraynada bütün cəbhə boyu müdafiə taktikası seçib. Qarşı tərəf bir-birinin ardınca böyük zərbələr endirir. Ukrayna silahlı qüvvələri hər gün hansısa yaşayış məntəqəsini işğaldan azad edir. Kreml heç vaxt olmadığı qədər barışığa getməyə hazırdır. Amma indi Kiyev bu fikirdən uzaqdır. Ukrayna müharibəni tam qələbə ilə başa vuracağına əmindir.

Bizimyol.info xəbər verir ki, Kreml indiyə qədər işğal etdiyi torpaqları Rusiyaya birləşdirmək üçün referendum keçirməyi düşünürdü. Ukrayna silahlı qüvvələrinin uğurları ideyanı qeyri-müəyyən müddətə təxirə salıb. İndi Moskva daha çox sülh danışıqlarına ümid edir. Rusiyalı politoloq Andrey Piontkovski Vladimir Putin hökumətinin heç bir şansı olmadığını deyir. Onun fikrincə, ABŞ Prezidenti Co Bayden Avropa liderləri ilə görüşdən sonra nümayəndəsini Kiyevə göndərməklə dəqiq mesaj verib: barışıq olmayacaq, Putin müharibədə uduzmalıdır.

Andrey Piontkovski Andrey Piontkovski

“Putin və ətrafı vasitəçilərə ümid edirdi. O, Ukrayna dövlətinin məhv edilməsi ilə bağlı bütün ritorikalara baxmayaraq, hələ də atəşkəs bağlamağa ümid bəsləyir. Bir tərəfdən müxtəlif forumlarda sərsəm çıxışlar edir, digər yandan isə bütün diplomatiyası atəşkəs və barışıq əldə etməyə çalışır. Əvvəlcə Dragi, Makron və Şolts Kiyevə göndərildi, oradan Rusiya gəmisi kimi məlum ünvana “yollandılar”. Sonra Ərdoğanı işə cəlb etdilər. Cənubi Qafqazda, Suriyada, Liviyada tam azadlıq verdilər”.

Piontkovski düşünür ki, Kreml müharibəni dayandırmağa hazırdır. Amma bunun üçün qələbə görüntüsü lazımdır. Rusiya döyüşləri saxlamaq, xalqa “soydaşlarımızı xilas etdik” mesajını vermək istərdi. İş orasındadır ki, torpaqlar əldən gedir. Xerson və Zaporojye vilayətlərini Rusiyaya birləşdirməyə imkan olmadı. Ukrayna silahlı qüvvələri xüsusilə Xerson vilayətində xeyli ərazini geri qaytarıb. ABŞ-ın açıq mesajı ukraynalıları bir az da ruhlandırıb. Belə görünür ki, Kiyev daha danışıqlara getməyəcək. Müharibə Putin tam məğlub olana qədər davam edəcək.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »