Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 817 938 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 805 709 nəfər müalicə olunaraq sağalıb, 9 857 nəfər vəfat edib, aktiv xəstə sayı 2 372 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 916, hazırkı dövrədək isə 7 195 841 test aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »