Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan Rusiyanın bir vilayəti səviyyəsində qurumdur"
"Ermənistan Rusiyanın bir vilayəti səviyyəsində qurumdur"

“Danielyanın Paşinyanı bilərəkdən “dövlətçiliyi, ordunu və milli qüruru” məhv etməkdə günahlandırması rusiyapərəst mövqeyindən qaynaqlanır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Vasif Əfəndiyev danışıb. Onun sözlərinə görə, eyni zamanda erməni politoloq Azərbaycanın Qərblə və İsraillə münasibətlərindən və İranla məsafəli, lakin cəsarətli davranışlarından da çox narahatdır.

Vasif Əfəndiyev Vasif Əfəndiyev

“Zəngəzur koridorunun perspektivdə erməni dövlətçiliyinin süqutu ilə nəticələnəcəyini hesab edir. Erməni politoloq kifayət qədər məlumatlı və bilgili olmasına baxmayaraq özü də bilməmiş deyil ki, erməni dövlətçiliyi de-yure mövcud olsa da, de-fakto Rusiyanın bir vilayət səviyyəsində olan müstəmləkə bir qurumdur” ,- deyə politoloq qeyd edib.

Vasif Əfəndiyev Danielyanın iddiasına cavab olaraq bildirib ki, erməni ordusu isə Rusiya silahlı qüvvələrinin tərkib hissəsidir. Erməni “milli qüruru” adlandırdığı hisslər isə qaraçı psixologiyasıdır.

“Milli qüruru olan xalq Xocalıda soyqırım törətməzdi. 44 günlük vətən müharibəsi zamanı dinc şəhərlərimizə raket zərbələrinin vurulması ilə Köçəryan - Sarkisyan hakimiyyətlərindən Paşinyanın elə də fərqlənmədiyinin şahidi olduq. Döyüş meydanında uduzan düşmən qisasını dinc əhalidən aldı. Eyni dəsti xətti bu gün Ukrayna cəbhəsində görürük. Ukrayna sialhlı qüvvələrinin son bir həftədə uğurlu əməliyyatlarından təşvişə düşən Rusiya, dinc şəhərlərə və həyatı təmin edən kommunikasiyalara raket zərbələri vurur” - deyə ekspert əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl erməni politoloq Stepan Danielyan Ermənistan cəmiyyətinə mövcud vəziyyətlə bağlı danışarkən qeyd edib ki, Paşinyan hakimiyyəti tədricən Ermənistan ordusunun sıradan çıxarılması ilə məşğul olub.

"Onlar generalları həbs edəndə, elə bilirdik ki, ordudaki qanunsuz əməllərin qarşısı alınır. Bir qədər sonra anlamağa başladıq ki, əsl məqsəd ordu strukturlarının dağıdılmasıdır. Ancaq artıq çox gecdir”,- deyə erməni politoloq qeyd edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »