Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan ordusunda hələ çox həbslər olacaq"
"Ermənistan ordusunda hələ çox həbslər olacaq"

“Ermənistanın indi daha nə ordusu, nə qüruru, nə də özünüqoruma instinkti yoxdur. Və bundan sonra bizi bir-birimizə heç nə bağlamır”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Ermənistan politoloqu Stepan Danielyan deyib. O, bildirib ki, indi Ermənistanın həm ordusu, həm də qüruru yoxdur.

  • Ermənistan ordusunda nə baş verir?
  • 44 günlük Vətən müharibəsinin bu məsələdə nə kimi rolu var?

Bizimyol.info xəbər portalının suallarını Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədli cavablandırıb. O, bildirib ki, Ermənistan ordusunun bu vəziyyətə düşmə səbəblərindən biri Azərbaycanın müharibədə, Qarabağ müharibəsində üstünlük əldə etməsi və qalib gəlməsi ilə bağlıdır.

Ramil Məmmədli Ramil Məmmədli

“Bu, məsələnin əsas fundamental hissəsidir. Təbii ki, bunu yaradan məsələ isə, cəmiyyətdə və siyasi dairələrdə xüsusən də, siyasi dairələrdə yaranan qarşıdurmadır. Bu qarşıdurmanın digər səbəbi isə, ideoloji və siyasi baxışlar arasında qarşıdurmadır. Hətta deyərdim ki, bu gün Ermənistanda sinifi müharibə gedir. Bir tərəfdə Ermənistanın şərqdəki dövlətlərin yəni Rusiyanın maraqlarını qoruyan qüvvələr, hansı ki, onlar Serj Sarkisyan dövrü ilə birlikdə devrildilər. Digər tərəfdə isə, Avropanın Qərbin maraqlarına xidmət edən siyasi dairələrdir” - deyə politoloq qeyd edib.

Ramil Məmmədlinin sözlərinə görə, Ermənistanda ordusunda aparılan yeniləmə əslində gözlənilən idi. Çünki əlində müəyyən qədər güc toplamış imkanlar formalaşdırmış, yüksək çinli zabitlərin böyük əksəriyyətinə general rütbəsini Robert Köçəryan və Serj Sarkisyan verib. Onların klanına, onların komandasına xidmət etmək də, bu generalların vəzifə-vicdan borcudur.

Hərbi ekspert hesab edir ki, həm də bir sıra maddi rıçaqlarla onlar bir-birinə, bağlıdırlar. Nikol Paşinyan isə riskə gedərək, orduda yeniləmə proseslərinə başladı. Paşinyan düşünür ki, onsuz da yenidən müharibə edib, Qarabağda hansısa üstülük əldə edə bilməyəcəklər. Bunu çox yaxşı anlayır. Özü də bilir ki, onun siyasi xətti Qərbin siyasi xəttinin davamıdır. Yəni Qərbyönümlü siyasi xətt yürüdürlər.

“Azərbaycanın regiondakı bütün böyük dövlətlərlə yaxşı münasibəti olan, xüsusilə də Rusiya ilə münaisbətlərinin normallaşdıran Azərbaycan üzərində üstünlük qazanamq Ermənistan üçün olduqca çətin ola bilər. Hətta deyərdim ki, mümkünsüzdür. Çünki burada Türkiyə amili də var. Bütün bunlara baxmayaraq, Paşinyan bütün bunları bildiyinə görə, Ermənistan ordusunda yeniləmə, yenidənqurma işləri paramaqda israrlıdır. Onsuz da yaxın vaxtlarda müharibə etməyəcək bir orduda yenilənmə aparması, o qədər də təhlükə yaratmır. Yəni Stepan Danilyanın səsləndirdiyi fikir əslində milli hisslərdən doğan birməsələdir. Amma məsələyə siyasi formada baxsaq və bir az da uzağı düşünərək, baxsaq Paşinyanın atdığ addımlar, yəni ordunu generallarsız qoymaq kimi istək əslində normal qəbul olunmalıdır. Çünki general olmaq istəyən çox sayda polkovniklər var. Yəqin ki, bu müddət ərzində Paşinyan bir neçə nəfərə general rütbəsi verəərk, orduda yüksək vəzifələrə təyin edib”,- deyə Ramil Məmmədli qeyd edib.

Ekspert hesab edir ki, Ermənistanda ordunun formalaşma prosesində də ciddi problemlər var. O yaxşı bilir ki, məğlub orduya olan münasibət, məğlub ordunun imici yaxşı olmur: “Bunu biz özümüzdə 90-cı illərin əvvəlləri və ortalarında bu hissləri yaşamışıq. Bu baxımdan Ermənistan ordusunda hələ çox yeniliklər, həbslər olacaq. Ordu tam olaraq Paşinyanın yəni Qərbin maraqlaırna xidmət etməyənə qədər – Yəni Ermənsitan orudusu Qərbin maraqlarına cavab verməyənə qədər və yaxud Ermənistan ordusunda Qərbi maraqlarına xidmət edən şəxslər, yüksək vəzifələr olana qədər bu proses yenilənmə prosesi davam edəcək”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »